Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müsəlman ölkələrin siyahısına baxsaq görərik ki, Amerikanın anti-islam siyasəti hansı səviyyədədir"
"Müsəlman ölkələrin siyahısına baxsaq görərik ki, Amerikanın anti-islam siyasəti hansı səviyyədədir"

"Amerikada güclü bir erməni diasporası var və Amerika bir xiristian təəssübkeşidir. Amerika əsasən Osmanlı dağılandan sonra və 20-ci əsrin 2-ci yarısından başlayaraq, anti-islam siyasəti yürüdür. Amerikanın bombaladığı, təcavüz etdiyi, işğal etdiyi əməliyyatlar apardığı müsəlman ölkələrin siyahısına baxsaq görərik ki, Amerikanın anti-islam siyasəti hansı səviyyədədir".

Bu barədə Bizimyol.info xəbər portalına danışan “Ağ Partiya” başqan müavini Əhəd Məmmədli bildirib ki, Türkiyəyə qarşı Amerikanın son dövrlər münasibəti və PKK-nın silahlandırması görüntüləri var idi, bir neçə il əvvəl ortaya çıxmışdı.

Əhəd Məmmədli Əhəd Məmmədli

“Amerikanın PKK-ya tərəf silah dolu tırların necə "ötürülməsi" ilə bağlı görüntülər yayılmışdı. Yəni Suriyada PDF, YPG İraqda PKK bütün bu separatçı, terrorçu qüvvələrin ən böyük dəstəkləyicisi hazırda və son illərdə məhz Amerikadır. Bu da onların anti-Türkiyə, anti-Türk siyasətinin göstərcisidir. Hansı yöndən baxsaq, Türkiyəyə dost ölkə deyil və bəzi məqamlar yetişəndə Azərbaycanla Türkiyəyə qarşı əks mövqedə durmaqdan çəkinmir. Azərbaycan və Türkiyə olan yerdə Amerika müəyyən təsir dairəsindən payını alıb öz siyasi maraqlarına uyğun olaraq iki Türk dövlətinin qarşısında olub”- deyə Əhəd Məmmədli vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »