Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan birdəfəlik başa düşməlidir ki, saxtakarlığın ayağı yer tutub yeriməz"
"Ermənistan birdəfəlik başa düşməlidir ki, saxtakarlığın ayağı yer tutub yeriməz"

UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə “X” hesabında yazıb. O, qeyd edib ki, bu, Ermənistanın ərazi iddialarının davam etdiyini göstərir.

Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azıx və Tağlar mağaraları Azərbaycan ərazilərində ilk insan məskənləri olduğunu sübut edən tarixi abidələrdir. Bu ərazilər tarixi əhəmiyyət daşıdığından UNESCO-nun Dünya İrsi Siyahısına daxıl edilməlidir. Ermənistan Səudiyyə Ərəbistanda keçirilən UNESCO-nun iclasında bu məsələyə qarşı çıxmaqla dünya tarixinin qorunub saxlanmasına qarşı olduğunu göstərir.

Azər Badamov Azər Badamov

Deputatın fikrincə, tarixə reallıqlar həkk olunmalıdır.

“Ermənilər Azərbaycan torpaqlarına köçürülmə toplumdur və bütün həyatı boyu özlərinə saxta tarix düzəltməyə çalışıb. O cümlədən, 30 ildə işğalda saxladığı Azərbaycana aid ərazilərdə yerləşən alban məbədlərinin üzərindəki yazıları saxtalaşdırararaq öz ünvanlarına yazmağa çalışdılar. Həm də Qərbi Azərbaycanda və işğal etdiyi Azərbaycan ərazilərindəki azərbaycanlılara məxsus mədəni tarixi abidələri yerlə yeksan etməklə tarxi silməyə çalışdılar. Onun davamı olaraq, Azıx və Tağlar mağaraların Dünya İrsi Siyahısına qəbuıl olunmasına qarşı çıxır. Ermənistan birdəfəlik başa düşməlidir ki, saxtakarlığın ayağı yer tutub yeriməz. Zaman gəldikcə, hər şey öz yerinə qayıdır”-deyən deputat vurğulayıb ki, Ermənistanın düşmənçilik siyasəti davam etdikcə regiona sülh heç vaxt gəlməyəcək.

Azər Badamov hesab edir ki, regiona sülhün gəlişi hamıdan çox elə Ermənistanın özünə lazımdır.

“Çox təəssüf ki, ermənilərin xainliyi və rəzilliyi regionda sülhün yaranmasına imkan vermir”-deyə deputat təəssüflə qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »