Gənc dörd uşaq anası Şennon Minan-Brauz 18 ay əvvəl mədə əməliyyatı keçirib və sonra qadın aclıqdan ölüb.
Bizimyol.info xəbər verir ki, Britaniyanın "The Sun" tabloidinin məlumatına görə, Türkiyədə bir qadın arıqlamaq üçün bıçağın altına girib.
Uğurlu keçdiyi bildirilən əməliyyatdan sonra Şennon yemək yeyə və dərmanları həzm edə bilməyib. Dişləri çürüməyə başlayıb və saçları tökülüb.
Həkimlər qadına çoxlu orqan çatışmazlığı diaqnozu qoyublar. Təcili qaraciyər transplantasiyasına ehtiyacı olan xəstə reanimasiyada dünyasını dəyişir.
“Şennon demək olar ki, bütün vaxtını ac qalmaq keçirirdi. O, yalnız su ilə əriştə yeyirdi. Onun skelet əzələsinin qeyri-iradi əyilməsi və ağrıları var idi. Qadın o qədər qusdu ki, mədə turşusundan dişləri çürüməyə başladı. O, yorulmuşdu və bütün saçları tökülməyə başladı”, - deyə əri Don qeyd edib.
İndi bu tibbi üsul hər nə qədər dəbdə olsa da, bəzi mütəxəssislər mədə əməliyyatının yarada biləcəyi fəsadları son dərəcədə təhlükəli hesab edirlər: "Artıq çəkidən yaxa qurtarmağın ən yaxşı yolu; düzgün qidalanmaq və hərəkətdə olmaqdır. Bunları etsəniz həm ağır çəkidən, həm hər zaman təhlükəli sayılan əməliyyatdan, həm də əməliyyatdan sonrakı qorxulu nəticələrdən azad olmuş olarsınız. Yetər ki, nəfsinizə və hərəkəli olağa diqqət yetirin", - deyə həkimlər tövsiyə edirlər.
Qadir, Bizimyol.info