Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusların Sumi bölgəsində PUA-larla vurduğu məktəbdə 2 müəllim ölüb
Rusların Sumi bölgəsində PUA-larla vurduğu məktəbdə 2 müəllim ölüb

Çərşənbə günü səhər, avqustun 23-də rus işğalçıları Kamikadze dronları ilə Sumi bölgəsinə hücum etdilər. “Şahed”lər xüsusilə 2022-ci ilin fevral-mart aylarında Rusiya işğalından sağ çıxan Romni şəhərini vurub.

Bizimyol.info xəbər verir ki, bu barədə Sumı vilayət hərbi idarəsindən verilən məlumatda bildirilir.

“Bu gün saat 10.05-də Romni şəhərində Rusiyanın "Şahed" tipli PUA-lar təhsil müəssisəsinə zərbə burub. Təəssüflə qeyd edək ki, bina tamamilə dağılıb. Bütün xidmətlər hadisə yerində işləyir. Fəsadların aradan qaldırılması üçün qərargah yaradılıb”, - deyə vilayət rəhbərliyi bildirib.

Dövlət Fövqəladə Hallar Xidməti bildirir ki, işğalçılar məktəbi dağıdıb və azı 2 müəllimi qətlə yetiriblər: "Onların cəsədləri Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb. Daha 3 nəfər yaralanıb. Qurumun daha 2 əməkdaşının dağıntılar altında olduğu barədə məlumat var. Axtarış-xilasetmə əməliyyatı davam edir", - deyə xilasedicilər qeyd ediblər.

Sumı vilayət prokurorluğu qeyd edib ki, işğalçıların hücumu nəticəsində ilkin məlumatlara görə, iki müəllim həlak olub, üç nəfər yaralanıb.

Milli Polis də öz növbəsində dörd yaralı barə məlumat əldə etdiklərini bildirib. Qəsdən adam öldürmə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) ilə birlikdə müharibə qanunlarının və adətlərinin pozulması faktı üzrə ibtidai istintaq başlanıb.

Qeyd edək ki, Sumı vilayətində hava həyəcanı saat 9:29-da elan edilib. Hərbi Hava Qüvvələri düşmənin zərbə PUA-larından istifadə təhlükəsi barədə xəbər verilib: "Bir neçə düşmən PUA-sı Sumı bölgəsində hava məkanına daxil olaraq uçuşlarını davam etdirirlər", - deyə məlumatda qeyd edilib. Saat 11:46-da Sumı bölgəsində hava hücumu xəbərdarlığı elan edildi.

Avqustun 23-nə keçən gecə ukraynalılar Bayraq Gününü qeyd edərkən rus işğalçıları “Şahed” kamikadze pilotsuz təyyarələri ilə Ukraynaya hücum ediblər. Hərbi Hava Qüvvələri ümumilikdə 20-yə qədər zərbə vuran dronun vurulduğunu bildirib. Atışlar Primorsko-Axtarsk (RF) və Çauda (Krım) regionlarından həyata keçirilib.

Düşmənin 11 pilotsuz uçan aparatı məhv edilib. Doqquzu Odessa vilayətində, ikisi Zaporojye vilayətində vurulub. Odessa vilayətində taxıl anbarına zərbə vumağa imkan tapıblar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »