Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Apple"dan xəbərdarlıq: "iPhone" enerji yığarkən təhlükəli ola bilər
"Apple"dan xəbərdarlıq: "iPhone" enerji yığarkən təhlükəli ola bilər

"Apple" rəsmi saytında "iPhone" sahibləri üçün xəbərdarlıq dərc edib.

Bizimyol.info xəbər verir ki, mesajda istifadəçilərə enerji yığarkən telefonu bədənə, yastığın altına və ya yorğana qoymaq tövsiyə edilmir. Şirkət həmçinin "iPhone"unuzu qutusuz və yaxşı havalandırılan yerlərdə doldurmağa çağırır.

"Bu təhlükəsizlik təlimatlarına əməl edilməməsi yanğın, elektrik şoku, şəxsi xəsarət və ya "iPhone" və ya digər əmlakın zədələnməsi ilə nəticələnə bilər", - deyə mesajda vurğulanıb.

Bundan əlavə, orijinal olmayan enerji ötürən cihazlarının istifadəsi yanğına səbəb ola bilər, çünki bu cür aksesuarlar "Apple" təhlükəsizlik standartlarına cavab vermir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »