Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarixi Pirşağı kəndinin duzsuz gölündən "məsuliyyətsiz qurum" qoxusu gəlir... - Video
Tarixi Pirşağı kəndinin duzsuz gölündən "məsuliyyətsiz qurum" qoxusu gəlir... - Video

Pirşağı Bakının qədim kəndlərindən hesab edilir. Ərazisi 19 kv.km-dir. Tarixi mənbələrə görə, Pirşağıda yaşayış XV əsrdən başlayıb. Kənddə 12 Nəcəf axundu olmuş və Qafqaz Müsəlmanları İdarəsinin ilk axundu da Pirşağılı olmuşdur. Nə isə, məqsədim Pirşağı kəndinin tarixi haqqında danışmaq deyil, bu barədə başqa yazıda... Bu gün sizə Pirşağının qədimliyinə, təmizliyinə kölgə salan göldən söz açacağam.

Pirşağıda dəmiryol stansiyasına yaxın bir göl var. Əvvəllər bura kiçik su yığıntısı vardı. Sonradan bura gölə çevrildi. Bu gün gölün yaxınlığından üfunət qoxusundan keçmək mümkün deyil. Yox, göl duzlu deyil, yəni hansısa bir faydası da yoxdur. Sadəcə olaraq, kəndin görüntüsünü pozur, ətrafa baş gicəlləndirən qoxu saçır.

Görünən odur ki, bu gölü məndən başqa görən yoxdur. Yəni aidiyyatı qurumlar elə düşünür ki, Pirşağı gözdən uzaqdırsa, könüldən də uzaq olmalıdır.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »