Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zığ gölünün çirkablı palçığından istifadə etmək sadəcə, 50 qəpik... - Video
Zığ gölünün çirkablı palçığından istifadə etmək sadəcə, 50 qəpik... - Video

Hövsan magistralından bir qədər kənarda uzun illərdir ki, sağlamlıq üçün təhlükəli olduğu deyilən və insanların nədənsə istirahət üçün üstünlük verdiyi Zığ gölü yerləşir. Zığ gölünün tarixi haqqında danışa bilməyəcəyik, amma bir reallıq var ki, bu göl qurunt və kanalizasiya sularının toplanmasından yaranıb. İnsanlarda isə, bir düşüncə var ki, bu gölün palçığı sağlamlıq üçün, xüsusilə revmatizma və dəri xəstəlikləri üçün şəfaverici xüsusiyyətə malikdir. Hər il minlərlə insan gölə gələrək istirahət edir. Bədənlərinə gölün çirkabından çəkərək şəfa tapacaqlarını düşünürlər.

Əvvəllər bu ərazidə Qarabağ müharibəsi zamanı köçkün düşənlər kiçik kafelər qurub, fəaliyyət göstərirdi. Sonra 5-6 il əvvəl keçmiş baş nazir Novruz Məmmədovun xanımın həmin ərazini köçkünlərin əlindən aldığı deyildi. Görünən odur ki, bu sadəcə bir deyim idi.

Çünki bu gün xüsusi hasara alınmış ərazinin qapısında nəzarətçi var.

Və gölün ərazisinə girmək üçün bir manat ödəməlisən. Biz də 1 manatı ödəyib içəri daxil oluruq. Ərazidə yenə əvvəlki kimi kafelər fəaliyyət göstərir. Bu ərazinin fərqi burada satılan hər şeyin çox ucuz olmasıdır. Gölün kənarında çirkab palçığı doldurulmuş vannalar var. Bu çirkabdan istifadə etməyin qiyməti 50 qəpikdir. Duş 50 qəpik, çay 50 qəpik...

Bəlkə də ucuz olduğuna görə insanlar bu yerə üstünlük verir... Amma bu da inandırıcı deyil, çünki əraziyə kifayət qədər bahalı avtomobil sahibləri də gəlir. Gölün suyunun rəngi isə, sözün əsl mənasında çirkab rəngindədir.

Gölə gələnlər isə deyir ki.... Məsələn Nişanə Əliyevanın sözlərinə görə 15 ildir ki, bu gölə gəlir və bu günə qədər sağlamlığına heç bir mənfi təsiri olmayıb. Əksinə ayaqlarında olan ağrını gölün suyu və palçığı aradan qaldırıb.

Gölə istirahət üçün gələn Sahib Məmmədov isə deyir ki gölün suyu və palçığı dəri üçün də faydalıdır və qırışları, yaraları aradan qaldırır. Belə, yəni dəfələrlə gölün sağlamlıq üçün təhlükəli olduğu qeyd edilsə də, görünən odur ki, insanlar buna inanmır. Əksinə, gölün şəfaverici olduğunu düşünülür...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »