Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kral ailəsinin mühafizəçisi huşunun itirərək yıxılıb - Video
Kral ailəsinin mühafizəçisi huşunun itirərək yıxılıb - Video

İngiltərədə Şahzadə Uilyamın doğum gününə hazırlıq üçün keçirilən Atlı Mühafizəçilər Paradı zamanı truba çalan ingilis mühafizəçi yüksək temperatura dözməyib və huşunu itirib.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuat məlumat verib.

İngiltərədə Şahzadə Uilyamın ad günü mərasimindən əvvəl keçirilən Atlı Mühafizəçilər Paradının məşqində maraqlı anlar yaşanıb. İngiltərənin paytaxtı Londondakı St James Parkında keçirilən və minlərlə insanın izlədiyi mərasimdə truba çalan mühafizəçi yüksək hərarətə dözməyib huşunu itirib.

Bir müddət əlindəki musiqi aləti ilə yerə yıxılmış vəziyyətdə qalan mühafizəçi ayağa qalxmağa çalışıb. O, ayağa durandan sonra təcili yardım işçiləri qaçaraq onun köməyinə yetişiblər və mühafizəçini xərəyə uzandıraraq aparıblar.

Tədbirdən sonra Şahzadə Uilyam sosial media hesabından açıqlama verib: “Bu səhər bu temperaturda mərasimə qatılan hər bir əsgərə təşəkkür edirəm, çox sağ olun. Şərait çox ağırdır, amma hamınız yaxşı iş görmüsünüz”, - deyə o bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »