Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gündə 7 saat yatanlar daha sağlam olurlar - Araşdırma
Gündə 7 saat yatanlar daha sağlam olurlar - Araşdırma

Gündə 7 saat yatan insanlar həm psixi sağlamlıq baxımından, həm də beyin funksiyaları baxımından daha sağlam olurlar.

Bizimyol.info xəbər verir ki, Çində fəaliyyət göstərən Fudan Universiteti və Kembric Universitetində çalışan bir qrup alim həyatın ən vacib elementlərindən biri olan yuxu ilə bağlı hərtərəfli araşdırma aparıb. Böyük Britaniyada 38-73 yaş arası 498 277 nəfərin iştirakı ilə aparılan araşdırmalar çərçivəsində insanın optimal yuxu müddətinin 7 saat civarında olduğu qənaətinə gəlinib. 7 saatdan az yatmaq və ya çox yatmaq insan sağlamlığına mənfi təsir göstərir. Araşdırma çərçivəsində 157 min insana psixi sağlamlıq anketi tətbiq edilib. Bununla yanaşı 48 500 iştirakçı yuxu zamanı müşahidə edilib. Alimlər əldə etdikləri bütün məlumatları birləşdirərək yuxu müddəti ilə sağlamlıq arasında "U" şəkilli əlaqəni müəyyən ediblər. 7 saat yuxu həmişə bu U hərfindəki optimal nöqtə ilə üst-üstə düşüb. Ancaq mütəxəssislər bu araşdırmanın müşahidə xarakteri daşıdığını və 7 saatdan az və ya çox yatmağın mütləq sağlamlıq problemlərinə səbəb olacağına dair açıq bir ifadə işlətməyin düzgün olmadığını bildirirlər. Müəyyən edilib ki, beyin quruluşu və genetik quruluşu da ideal yuxu müddətində təsirlidir.

Alimlərin fikrincə, insanın həm fiziki, həm də ruhi cəhətdən sağlam olması üçün yuxu müddəti çox vacibdir. Ancaq fərdlərin beyni və genetik quruluşları da vacibdir. Alimlər optimal yuxu müddətinin hər bir insan üçün fərqli ola biləcəyini və bu araşdırmanın ümumi ortalamanı ifadə etdiyini bildirirlər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »