Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibədə həlak olanlarn yaxınları Paşinyanın oğlunu oğurlamağa cəhd edib
Müharibədə həlak olanlarn yaxınları Paşinyanın oğlunu oğurlamağa cəhd edib

İkinci Qarabağ Müharibəsində həlak olan ermənistanlı hərbçilərin yaxınları baş nazir Nikol Paşinyana çox qəzəblidir. Onlar dəfələrlə etiraz aksiyası keçirib, sərt fikirlər səsləndiriblər. Ümumiyyətlə, müharibədə məğlubiyyət, ardınca Azərbaycanın ərazi bütövlüyünü tanıması baş nazirə baha başa gəlir. Ermənistan cəmiyyəti bunu Paşinyana bağışlamır.

Bizimyol.info xəbər verir ki, müharibədə həlak olanların yaxınıları hökumət rəhbərinin oğlunu qaçırmağa cəhd göstərib. Ermənistan mediasının yazdığına görə, Aşotu yaşadığı evin yaxınlığında zorla avtomobilə əyləşdiriblər. Baş nazirin oğlu yolda onu girov götürənlərin diqqətini yayındıraraq özünü maşından çölə atmağı bacarıb. Bu zaman onu oğurlayanların olduğu ikinci avtomobil Aşotu vurub. Ara qarışdığından müharibədə həlak olanların yaxınları hadisə yerindən tələsik uzaqlaşıb. Aşotun ayağından yaralandığı bildirilir.

Baş nazirin oğlu polisə müraciət edib. İlkin məlumata görə, əməliyyatı 2020-ci il müharibəsində həlak olanların yaxınlarının yaratdığı “Oğulların çağırışı” təşkilatın üzvləri həyata keçirib.

Aşotun başına ikinci dəfədir bədbəxt hadisə gəlir. Parlamentin spikeri Alen Simonyan apreldə hökumət rəhbərinin övladına hücum həyata keçirildiyini demişdi. Onda polis bununla bağlı hər hansı şikayət ərizəsi almadıqlarını bildirmişdi. Jurnalistlərin suallarını cavablandıran Aşot hücum faktını təkzib etmişdi. Buna baxmayaraq, mətbuat baş nazirin oğlunun həyatına təhlükə olduğunu yazmışdı.

Aşot Paşinyan aprelin əvvəllərində mümkün hücumla bağlı danışanda heç bir hücuma məruz qalmadığını bildirmişdi. O, Alen Simonyanın iddiasını eşidəndə xeyli təəccübləndiyini, belə şeyin baş vermədiyini demişdi. Amma hadisələr baş nazirin oğlunun o vaxt qalmaqalın böyüməsinə imkan vermədiyini göstərir. Hökumət müharibədə həlak olanların yaxınlarının necə qəzəbli olduğunu yaxşı başa düşür. Aşot Paşinyana hücum olub, ailədə bunu gizlətmək qərarına gəliblər. Bir növ məsələnin şişməsini istəməyiblər. Müharibədə həlak olanların yaxınları isə bütün hallarda baş nazirin oğlunu cəzalandırmaqda israrlıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »