Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko çətinliklə nəfəs alır
Lukaşenko çətinliklə nəfəs alır

Belarusun dövlət başçısı Aleksandr Lukaşenko bir müddətdir ictimaiyyət arasında görünmürdü. Bir həftə yaxındır onu rəsmi tədbirlərdə görmək olmurdu. Lukaşenkonun səhhətinin yaxşı olmadığı bildirilir.

Rəsmi Minsk bu barədə danışmağı xoşlamır. Amma Lukaşenkonun yayılan son videosu onun sağlamlığının qaydasında olmadığını göstərir.

Bizimyol.info xəbər verir ki, Lukaşenko çətinliklə nəfəs alır. Belarus dövlət başçısının mayın 15-də qeydə alınan görüşündə onun özünü yaxşı hiss etmədiyi diqqət çəkib. Minskdə Rusiyanın Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyevi qəbul edən “Batka” danışanda ciddi narahatlıq yaşadığı görünüb.

Lukaşenko SSRİ-nin İkinci Dünya Müharibəsindəki qələbəsindən ağızdolusu danışıb. Düzdür, Belarus döblət başçısı özünü mümkün qədər aramla ifadə edib. Amma Lukaşenko Qərb ölkəsi üzərində çox vacib qələbə əldə olunduğunu xüsusi vurğulayıb. Avdeyev çıxışında onunla razı olduğunu deyib.

Görüş zamanı Lukaşenkonun sol əlinin sarıqlı olması da diqqət çəkir. Bununla bağlı konkret proqnoz vermək olmur. Amma dövlət başçısının biləyinə kateter qoyulması ehtimalı var. Məlumdur ki, Lukaşenko ürək problemlərindən əziyyət çəkir.

“Yevroradio”nun baş redaktoru Pavel Svedlov deyir ki, “Batka” ictimaiyyət qarşısına çıxmağa özünü məcbur edir. Çünki onun ölüm ehtimalı barədə çox yazılır. Lukaşenko hər şeyin qaydasında olduğunu göstərmək istəyir. Amma əksinə, onun səhhətindəki problemlər özünü açıq-aşkar büruzə verir.

Belorus siyasətçi və diplomat Pavel Latuşko ölkə rəhbərinin ürək əzələsinin iltihabından əziyyət çəkdiyinə əmindir. Sverdlov isə əlavə edir ki, hələ ölümdən danışmaq tezdir: “Bu xəstəlik nadir hallarda ölümə səbəb olur. Amma 6 gün ictimaiyyət arasında görünməmək böyük söz-söhbətə səbəb olmuşdu. Buna görə də üzə çıxmaq vacib idi”.

Sverdlovun proqnozuna görə, Lukaşenko yenə bir neçə gün görünməyəcək. Çünki ciddi müalicəyə ehtiyac var.

“Onun əsəbləri çox korlanıb. Ukrana silahlı qüvvələrinin əks-hücum ehtimalı ona rahatlıq vermir”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »