Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dünya 10 ildən sonra geri dönüşü olmayan bir nöqtəyə çatacaq" - Video
"Dünya 10 ildən sonra geri dönüşü olmayan bir nöqtəyə çatacaq" - Video

“İnsanların atmosferə ötürdüyü qazların yaratdığı istixana effekti nəticəsində yer səthində temperaturun artması qlobal istiləşmə adlanır. İstixana effektinin artması atmosferin yuxarı hissəsinin, yəni stratosferin soyumasına və aşağı troposferin istiləşməsinə səbəb olur”.

Bu barədə Bizimyol.info xəbər portalına kimya mühəndisi Ercan Çelik danışıb. O, qeyd edib ki, ötən əsrdə əhəmiyyətli dərəcədə artdığı ifadə edilən qlobal istiləşmənin ən əhəmiyyətli səbəbi sənayeləşmə ilə birlikdə insan fəaliyyəti nəticəsində atmosferə atılan istixana qazlarının (İQ) çox əhəmiyyətli dərəcədə artmasıdır.

ekoloq, kimya mühəndisi Ercan Çelik Ercan Çelik

Mütəxəssis bildirib ki, iqlim dəyişikliyinə səbəb olan altı əsas istixana qazı var. Bunlardan ən mühümü CO2 qazıdır və onun ümumi istixana qazı miqdarında payı 80 faiz civarındadır. Bununla yanaşı Metan, Azot Oksidi, Hidroftorkarbon, Perfluorokarbon və Kükürd HeksaFluorid kimi qazlar var.

Ercan Çelikin sözlərinə görə, istixana qazları arasında ən əhəmiyyətlisi olan CO2 emissiyası iqtisadiyyatın hər bir sektorunda istifadə olunan qalıq yanacaqların (kömür, neft, təbii qaz) çox əhəmiyyətli bir sürətlə yandırılması nəticəsində yaranır. Bu səbəbdən enerji siyasətləri ilə ətraf mühit arasındakı əlaqə istixana qazlarının emissiyalarının azaldılması baxımından böyük əhəmiyyət kəsb edir.

Mütəxəssis bildirib ki, Amerika, Britaniya və Avstraliya alimləri birgə hesabatda dünyanın 10 il sonra ekoloji fəlakətlər baxımından geri dönüşü olmayan bir nöqtəyə gələcəyini açıqlayıb. Çünki dünya istiləşir. Karbon qazı artır, okeanlar istiləşir, buzlaqlar əriyir, dəniz səviyyəsi qalxır, meşə yanğınları artır, buzlaqlar parçalanır, göllər kiçilir, quru dövrlər uzanır, çaylar quruyur, qış temperaturu yüksəlir, yaz tez gəlir və s.

Ercan Çelik bildirib ki, 1960-cı illərdəki çirklənmə buzlaqların 20 faizini əridib.

“Aparılan araşdırmalara görə, Arktikada istiləşmə dünyanın qalan hissəsindən iki dəfə sürətlidir. Bu da o deməkdir ki, 2070-ci ildə dünya buzsuz olacaq, qlobal səhralaşma olacaq, dənizlər yüksələcək. Qlobal istiləşmə səbəbindən dünya 10 ildən sonra geri dönüşü olmayan bir nöqtəyə çatacaq. Meşələrin yox olması nəticəsində səhralaşma baş verəcək, bu, kənd təsərrüfatında da özünü göstərəcək, dəniz səviyyəsi qalxacaq və dünya epidemiya xəstəliklərinin məngənəsində qalacaq”-deyə ekspert əlavə edib.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »