Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Buxarest Milli Opera Teatrında böyük uğur - azərbaycanlı dirijorun rəhbərliyində “Nabukko” operası
Buxarest Milli Opera Teatrında böyük uğur - azərbaycanlı dirijorun rəhbərliyində “Nabukko” operası

Rumıniyanın Buxarest Milli Opera Teatrında dahi italyan bəstəkarı Cüzeppe Verdinin ilk yazdığı əsərlərdən biri olan məşhur “Nabukko” operasının möhtəşəm ifası gerçəkləşmişdir. Buxarest Opera Teatrının tarixində ilk dəfə olaraq əsərə azərbaycanlı dirijor rəhbərlik etmişdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev tərəfindən ifa olunan əsər rumın dinləyiciləri tərəfindən böyük maraqla qarşılanmışdır.

Əsərdə baş rollar Buxarest Opera Teatrının solistləri tərəfindən təqdim olunmuşdur - Madelen Pasku (Abiqayl), Luçian Petrean (Nabukko), Marius Boloş (Zaxariya), Oana Andra (Fenena), Andrey Petre (İzmail) və digər tanınmış müğənnilərin ifası sürəkli alqışlarla qarşılanmışdır. Tamaşada teatrın simfonik orkestri, xor və balet heyəti də yer almışdır. Operanı dinləməyə gələn qonaqlar sırasında Rumıniyanın tanınmış elm və sənət xadimləri ilə bərabər məşhur incəsənət nümayəndələri də var idi. Həmçinin, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin əməkdaşları da gecəyə qatılaraq iştirakçılara dəstək olmuşlar.

Buxarest Milli Opera Teatrında böyük uğur - azərbaycanlı dirijorun rəhbərliyində “Nabukko” operası

Tamaşanın sonunda yerli dinləyicilər azərbaycanlı dirijor və rumın opera müğənnilərini ayaq üstə alqışlamışlar. Operanın ifasından sonra Buxarest Milli Opera Teatrının direktoru, tanınmış dirijor Daniel Jinqa ilə Azərbaycan Dövlət Opera Teatrının musiqi rəhbəri Əyyub Quliyev arasında görüş keçirilmişdir. Görüş də Rumıniyanın mədəniyyət naziri Luçian Romaşkanu da iştirak etmişdir.

Buxarest Milli Opera Teatrında böyük uğur - azərbaycanlı dirijorun rəhbərliyində “Nabukko” operası

Qeyd etmək lazımdır ki, bu ilin fevral ayında Buxarestin Milli Opera Teatrının rəhbərliyinin Bakıya rəsmi səfəri zamanı iki opera teatrı arasında qarşılıqlı əməkdaşlıq barədə saziş imzalanmışdır.

Son xəbərlər
Bütün xəbərlər »