Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özbəkistanda yoqurtu haram adlandıran blogeri həbs ediblər
Özbəkistanda yoqurtu haram adlandıran blogeri həbs ediblər

Özbəkistanda qeyri-adi həbs qeydə alınıb. Bloger Hociakbar Nosirovu yoqurtu haram adlandırdığına görə həbs ediblər. Ona 15 sutka həbs cəzası veriblər.

Bizimyol.info xəbər verir ki, özbəkistanlı bloger bir müddət əvvəl hazırladığı videoya görə cəzalanıb. Nosirov həmin görüntülərdə yoqurtun tərkibindəki karmin maddəsinin zərərli, həm də qəbuledilməz olduğunu bildirib. O, maddənin daha çox Cənubi Amerikada yaşayan dişi koşenildən hazırlandığını deyib.

Yeri gəlmişkən, böcəyə bənzəyən bu həşəratın fərqli növlərinə Azərbaycanda, Türkiyədə də rast gəlinir.

Daşkənd polisinin açıqlamasında Nosirov həm vətəndaşlarının konstitusion hüqununu, həm də fərdi sahibkarların hüquqlarını pozmaqda ittiham olunub. Yerli qanunvericiliyə görə, Özbəkistanda dini məzmunda materialın hazırlanması və yayılması üçün teoloji ekspertizanın müsbət rəyi olmalıdır.

Daşkənd polisi iddia edir ki, videonun müəllifi məlumatı “müvafiq sahə üzrə ekspertlərin rəyini almadan, şəxsi dini baxışlarına əsaslanaraq” təqdim edib.

Dişi koşinellərin ortaya çıxardığı karmin turşusundan qırmızı boya əldə edilir. Bunu isə daha çox süd məhsullarına, dondurmalara, piroqlara, qənnadı məmulatlarına, sərinləşdirici içkilərə əlavə edirlər.

Hociakbar Nosirov barəsində Cinayət Məcəlləsinin 184.3-cü (“Milli, irqi, etnik və ya dini nifrəti təbliğ edən materialların hazırlanması, saxlanması və ya yayılması”) və 194-cü (“Milli, irqi, etnik və ya dini ədavəti təbliğ edən materialların hazırlanması, saxlanması və ya yayılması”) maddələri ilə protokol tərtib edilib.

2007-ci ildə Türkiyədə keçirilən məhkəmədə Müqəddəs Nikolay Vəqfinin Türkiyədəki Sülh Şurasının rəhbəri Muammer Karabulut demişdi ki, “Coca-Cola”ya Meksika koşinelindən alınam karmin əlavə olunur. Şura başçısı içkinin həm buna görə qəhvəyi büründüyünü demişdi. Amma Muammer Karabulut hansı tədqiqatlar əsasında belə qənaətə gəldiyini göstərməmişdi. Onda məsələ böyük səs-küyə səbəb olmuşdu. Daha sonra şirkətin rəsmi saytında içkinin tərkibində karminin olduğunu təkzib edən şərh yerləşdirilmişdi.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »