Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orban: Qərb ölkələri Rusiyanın qabiliyyətini düzgün qiymətləndirmir
Orban: Qərb ölkələri Rusiyanın qabiliyyətini düzgün qiymətləndirmir

Macarıstan hökumətinin başçısı Qərbin Rusiyaya qarşı sanksiya siyasətini tənqid edib.

Bizimyol.info xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Qərb ölkələri Rusiyanın 2015-ci ildə ilk məhdudiyyətlərin tətbiqindən sonra nümayiş etdirdiyi sanksiyalara uyğunlaşmaq qabiliyyətini lazımi səviyyədə qiymətləndirməməklə səhvə yol veriblər.

“Yaxşı xatırlayıram ki, 2015-ci ildə biz Rusiyaya çoxlu ərzaq məhsulları ixrac etdik... Üç il ərzində Rusiya kənd təsərrüfatını və qida sənayesini o qədər qurub ki, bu gün Macarıstan ora ərzaq ixrac etmək istəsəydi, ya işə yaramazdı, ya da sanksiyaların tətbiqindən əvvəlki dövrlə müqayisədə daha çox çətinliklər ortaya çıxardı", - deyə Orban Kossuth radiosuna açıqlaması zamanı bildirib. Macarıstanın baş nazirinin qeyd edib ki, o, Rusiyanın Qərbin tətbiq etdiyi məhdudiyyətlərə necə uyğunlaşdığını görür.

Xatırladaq ki, Qərb Ukraynaya görə Rusiyaya sanksiya təzyiqlərini artırıb və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub.

Onu da əlavə edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan edibi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.

Qeyd edək ki, Rusiya əsasən rusiyayönlü siyasət yürüdən Macarıstanı “dost olmayan” ölkələr siyahısına daxil etdiyini açıqlayıb. Rusiya Federasiyasının Budapeştdəki səfiri Yevgeni Stanislavov bildirib ki, buna səbəb ölkənin Ukraynaya müdaxiləsinə görə Avropa Birliyinin Kremlə qarşı sanksiyalarına imza atmasıdır.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »