Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xolesterinin çatışmazlığı cinsi azlıqların cinsi çoxluqlar olmasına gətirib çıxaracaq"
Xolesterinin  çatışmazlığı cinsi azlıqların  cinsi çoxluqlar olmasına gətirib çıxaracaq". Bu fikirləri Bizimyol.info saytı ilə müsahibədə Milli Kulinariya Mərkəzinin diektoru Tahir Əmiraslanov səsləndirib.

"Xolesterin  düşünülmüş şəkildə aparılan çox böük bir biznesin əsasıdır. Camaatı nə qədər  xolestrinlə qorxutsalar o qədər çox  dərman alacaqlar, o qədər çox  müalicəyə gedəcəklər. Xolestrin insan bədənin də yaşamaq üçün,  qarşı cinslərin bir -birinə istəyinin yaranması libidonun yüksəlməsi  üçün vacib olan  amildir. Yəni insan bədənində böyrəküstü  vəzilərin ifraz etdiyi  testosteronun əsasını xolesterin təşkil edir. ifrazı üçün xolestrin vacibdir. Xolestrinin olmaması ər -arvad arasında cinsi soyuqluğa gətirib çıxarır. Tərəflər arasında cinsi istək azaldıqca diqqət də azalır. Yəni xolestrinin olmaması cinsi azlıqların artmasına,  cinsi çoxluq olmasına gətirib  çıxarar. Xolesterin insan həyatı üçün çox önəmlidir, ondan qorxmağa dəyməz. Ümumiyyətlə düzgün, savadlı diyetoloqlar  bir qayda olaraq  hər bir insana  gün ərzində 30 qram kərə yağı yeməyi məsləhət görməlidirlər. Çiy halda. Zeytiun yağı  qızıldan qiymətli yağdır, onu yeməklərə tökməyin, bişirməyin,  bişdikdə onun tərkibində oksidləşmə başlayır və keyfiyyətini itirir. Zeytuun yağında çiy halda istifadə edin, salatlara tökün. Hər gün  acqarına bir çay qaşığı  zeytun yağının içilməsi  sağlamlıq  üçün çox  faydalıdır",- deyə o bildirib.

Tahir Əmiraslanovla çox maraqlı videonu Bizim Yol Facebook səhifəmizdə izləyə bilərsiniz.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »