Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nensi Pelosi Azərbaycana qarşı niyə sanksiya tələb edir...
Nensi Pelosi Azərbaycana qarşı niyə sanksiya tələb edir...

ABŞ Nümayəndələr Palatası Azərbaycana qarşı qətnamə qəbul etməyi planlaşdırır. Laçın dəhlizinin güya azərbaycanlılar tərəfindən blokadaya alınmasına qarşı qəbul ediləcək qətnaməninin müəlliflərindən biri də Nümayəndələr Palatsının keçmiş spikeri Nensi Pelosidir.

Qətnamə Azərbaycan əleyhinədəir və bir sıra məmurlara sanksiyalar tətbiq edilməsini tələb edir.  Həmçinin qətnamə Laçın dəhlizinə beynəlxalq müşahidəçilərin yerləşdiirlməsini də tələb edir. Bu günə qədər Azərbaycana qarşı ermənipərəst qüvvələr tərəfindən dəfələrlə qətnamələr qəbul edilib. Amma görünən odur ki, bu qətnamələr kağız üzərində qalan fikirlərdir. Eynən, 30 illik işğal dövründə BMT -nin qəbul etdiyi amma həyata keçrilməyən 4 qətnaməsi kimi...

“Keçən il Avropa ittifaqının təşəbbüsü ilə sülh müqaviləsinin bağlanması üzərində ciddi iş aparılırdı. Proseslərə Fransa müdaxilə etməyə başlayanda proses səngidi və dalana dirəndi. Fransa Ermənistana digər məsələlələrlə yanaşı Rusiyadan qopmaq üçün də yardımçı olacağını vəd etdi. Fransanın, Avropa İttifaqının səyləri ilə Ermənistanda anti Rusiya dalğası güclənməyə başladı. Bu da Rusiya Ukrayna müharibəsi fonunda, Rusiyanın zəifləməsi fonunda baş verməyə başladı.

Bu barədə bizimyol.info xəbər portalına danışan politoloq Elşad Həsənov bildirib ki, Ermənistanın sərhədərini Rusiya sərhəd qoşunları qoruyur. Eyni zamanda Azərbaycanla Ermənistan arasında olan sərhədi də Azərbaycan- Ermənistan və Rusiyanın razılığı ilə sülhməramlılar qoruyur.

Politoloq Elşad Həsənov Elşad Həsənov

Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-da müqavilə bağlanmasaydı, Azərbaycan bir neçə günə Xankəndini və digər əraziləri də erməni quldurlarından azad edəcəkdi. Ancaq Rusiya Ermənistanın yalvarışlarına cavab olaraq, proseslərə mane oldu. Və bəyannamə imzalandı. Həmin dövrdə Azərbaycan sülh müqaviləsnin bağlanması üçün çox vacib məsələlər ortaya qoydu.

“Sülh müqaviləsinin imzalanması üçün hazırlıq dövrü həyata keçrildi. Bir neçə görüş oldu. Brüssel, Soçi görüşlər, xarici işlər nazirlərinin görüşləri, ABŞ dövlət katibi Blinken ilə görüşlər və s. görüşlər keçirildi. Görüşlərdə bildirilirdi ki, sülh müqaviləsinin bağlanması vacibdir. Ancaq təəssüf ki, Fransanın və bəzi Ermənipərəst ölkələrin parlamentarilərinin sayəsində bu müqavilə bağlanmadı. Ermənistan öz siyasi kursunu dəyişib yenidən silahlanmağa başladı. O cümlədən İranla daha aktiv şəkil də Azərbaycana qarşı iş aparmağa başladı. Bizim əlimizdə sənədli faktlar var ki, İrandan Ermənistan ərazisinə, Azərbaycan ərazisinə Xankəndinə 29 nəfər İran təxribat qrupunun üzvləri daxil olub.

Onlar hazırda oradadırlar və erməni faşistlərinə təlimlər keçirlər. Bu bizim əlimizdə olan dəqiq məlumatlardır. Həmin adamlaırn fotoları da var”-deyə politoloq bildirib...

E.Həsənov hesab edir ki, Fransa vəziyyəti gərginləşdirməyə çalışır. Elə buna görə də, Fransa senatının yuxarı palatası Azərbaycana qarşı bəyanatlar qəbul edirlər. Amma bu bəyənatların heç bir əhəmiyyəti yoxdur.

“Amerikada da hər hansı bəyanatın qəbul olunması o demək deyil ki, biz öz siyasi kursumuzdan dönməli, ərazi bütövlüyümüzü bərpa etməkdən əl çəkməli, silahlı erməni dəstələrinə öz ərazilərimizdə yaşamağa icazə verməliyik. Bunlar sadəcə erməni xülyasıdır. Amerikada da, onların senatında da ermənipərəst konqresmenlər var. Amerikadakı güclü erməni lobbisinin maliyyə dəstəyi ilə onlar həmişə anti Azərbaycan çıxışlar edib, bəyanatlar veriblər. Veilən qərarlar, bəyantlar, qətnamələr bizim üçün o qədər də əhəmiyyətli deyil. Belə qətnamələr olamsa yaxşı olar, amma biz öz düzgün yolumuzdan çıxan deyilik”-deyən politoloq bildirir ki, Laçın dəhlizində də Ermənistanın iddia etdiyi kimi heç bir blokada həyata keçirilməyib.

Bunu bütün dünya da bilir. Oradan humanitar yardımlar keçir. Sadəcə olaraq Laçın dəhlizindən Azərbaycanın yeraltı sərvətlərinin daşınmasının qarşısı alınıb. Azərbaycan tərəfi öz ərazilərində monitorinq apaırlasını tələb edir Bütün bu proseslər beynəlxalq qanunlarla tənzimlənir.

“Xankəndidə, Qarabağda yaşayan mülki ermənilər heç bir maneəsiz oradan gəlib keçirlər. Sadəcə olaraq biz həmin ərazilərdə silahların daşınmasının, Azərbaycanın yeraltı sərvətlərinin qanunsuz olaraq daşınmasının qarşısını alırıq. Bu da Amerika üçün də, Avropa üçün də qəbul olunan, beynəlxalq hüquqa söykənən məsələlərdir. ABŞ nümayəndələr palatasının qəbul edəcəyi qətnamənin Azərbaycana təsiri olacağını deyə bilmərəm. Amma inanıram ki, Amerikanın da konqresmenlərinin içində obyektivliyi itirməyən, obyektiv düşüncəyə malik olan, obyektiv informasiya əldə etmiş adamlar var”-deyə E. Həsənov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »