Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türkiyədən yaralı uşaqlar gətirilib” xəbərləri doğru deyil... - Cahit Bağçı
“Türkiyədən yaralı uşaqlar gətirilib” xəbərləri doğru deyil... - Cahit Bağçı

“Bilirsiniz, Türkiyədə Ailə və Sosial Xidmətlər Nazirliyi var. Bu nazirlik xüsusilə uşaqların müdafiəsini həyata keçirir. Daha sonra müdafiə altında olan uşaqları müəyyən etdiyi ailələrə qoruyucu ailə olaraq, dövlət uyğun gördüyü zaman övladlığa verir”...

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı keçirdiyi brifinq zamanı danışıb.

Cahit Bağçı - Türkiyə səfiri

Səfir bildirib ki, zəlzələ bölgəsindən olan uşaqların ölkə xaricində  övladlığa verilməsindən söhbət gedə bilməz. Daha sonra səfir qeyd edib ki, Azərbaycan Prezidenti Azərbaycan xəstəxanalarının Türkiyənnin əmrində olduğunu açıqlayıb.

“Hazırda zəlzələ bölgəsində olan yaralılarımız zəlzələ yaşanmamış şəhərlərə Adana, Mersin, Ankara və İstanbul kimi şəhərlərin şəhər  xəstəxanalarına daşınır. Eyni zamanda zəlzələ bölgəsində uçulmamış xəstəxanalarında müalicələri davam etməkdədir.

Azərbaycanın iki səhra xəstəxanası zəlzələ bölgəsində qurulub. Yəni yarallarımız Türkiyə daxilində müalicə edilirlər. Ehtiyac olarsa,  yaralılar Azərbaycana gətirələrək  müalicə edilə bilərlər”-deyən səfir bildirib ki, KİV-də yer alan “Türkiyədən yaralı uşaqlar gətirilib” xəbərləri doğru deyil. Səfirin sözlərinə görə, Azərbaycana gətirilən yaralı uşaqlar zəlzələ bölgəsində yaşayan azərbaycanlıların Azərbaycana ailələri ilə birlikdə təxliyə edilən yaralanmış uşaqlardır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »