Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
26 yaşlı qadın 200 saat sonra dağıntılar altından sağ çıxdı
26 yaşlı qadın 200 saat sonra dağıntılar altından sağ çıxdı

Türkiyə mərkəzi Kahramanmaraşda olan iki - 7,7, və 7,6 bal gücündə dağıdıcı zəlzələdən sonra xilasetmə işləri davam edir.

Bizimyol.info xəbər verir ki, zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. Zəlzələnin baş verdiyi əyalətlərə çoxlu sayda axtarış-xilasetmə qrupu göndərilib. Zamanla yarışın davam etdiyi şəhərlərdən ümidverici xəbərlər var.

Zəlzələnin 200-cü saatında 26 yaşlı Mine Akgül dağıntılar altından sağ-salamat xilas edilib.

Bundan əvvəl isə Kahramanmaraşda zəlzələnin 198-ci saatında 17 yaşlı Məhəmməd Enes və 20 yaşlı qardaşı Abdulbaki 8 mərtəbəli Pınar mənzilinin dağıntıları altından sağ çıxarılıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »