Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran rejimi hümanizm nədir bilmir"
"İran rejimi hümanizm nədir bilmir"

Əsrin fəlakəti olan Türkiyə zəlzələsində maraqlı bir nüans gözdən qaçmadı. Uzun illərdən bəri Türkiyə ilə müxtəlif məsələlərdə uzlaşaya bilməyən, ciddi problemlər yaşayan Yunansıtan Türkiyənin bu çətin günlərində yardımlarını təklif etdi. Və Türkiyə hümanist siyasəti ilə bu yardımları qəbul edə bildi.

Amma gəlin, bir də illərlə Azərbaycanı qardaş adlandırıb, sonra arxadan vurmağa çalışan İran rejiminin davranışlaırna diqqət edək. Bir neçə həftə öncə İranın azərbaycanlılar yaşayan ərazilərində zəlzələlər baş verdi. İran isə yardım təklif edən Azərbaycanın yardımından imtina etdi. Sözdə qardaş, mahiyyətcə düşmən olan İran bu dəfə də, öz çirkin simasını gizlətmədi…

“Bir neçə həftə öncə, Azərbaycanlıların sıx məskunlaşdığı İranın Xoy vilayətində baş verən zəlzələ zamanı Azərbaycan tərəfi İrana, oradakı soydaşlarımıza humanitar yardımın göstərilməsi ilə bağlı dəstək əlini uzatdı. Amma İran tərəfi bunu rədd etdi. Ümumiyyətlə heç bir dövlət arasında bu kim hallar baş vermir.

Məsələn, Türkiyə uzun illərdir ki, Yunanıstanla müxtəlif məsələlər də fikir ayrılığına, hətta qarşıdurmalara gətirib çıxaran prosesi yaşayır. Amma Yunanıstan Türkiyəyə zəlzələ zamanı dəstək göstərdi. Türkiyə tərəfi bu dəstəkdən imtina etmədi”.

Bu barədə bizimyol.info xəbər portalına Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov danışıb. O qeyd edib ki, belə vəziyyətlərdə insan amili rol oynayırsa, insan həyatı müzakirə predmetidirsə, belə olan hallarda dövlətlər, dövləti idarə edən şəxslər siyasəti bir kənara qoymalıdırlar. Çünki burada bir insanlıq məsələsi var, humanitar təşəbbüs var.

Xəyal Bəşirov Xəyal Bəşirov

“Amma çox təəssüflər olsun ki, İran və hazırkı rejimi orada zəlzələ zamanı baş verən dağıntlarla bağlı bütün etnik qruplara aid olan insanlara yardımlar etsələr də, Azərbaycan əsilli insanlara yarsım etmədilər. Onların bir çoxu soyuqda, qarda çöllərdə qalıb. Onların həyatı üçün ciddi təhlükə var. Amma buna baxmayaraq, Azərbaycanın da onlara humanitar yardım göstərməsinin qarşısı alındı”,-deyən politoloq vurğulayıb ki, bu sübut edir ki, İran rejimi siyasi ambisiya və öz hakimiyyətlərinə təhdid yarada biləcək istənilən təşəbbüsdən hürkür, qorxur.

X. Bəşirov əlavə edib ki, İran İkinci Qarabağ müharibəsində, müharibədən əvvəl və sonra da, Azərbaycanın ərazi bütövlüyünü kobud şəkildə pozaraq, sərhədlərimizi bizdən icazəsiz keçərək, Xankəndiyə humanitar yardım adı altında çox sayda silah daşıyıb. Sonradan İran Azərbaycanın sərt təzyiqləri ilə üzləşdi.

“Əgər İran humanist siyasət yürüdürsə, humanitar siyasətin tərəfdarıdırsa, Azərbaycanla olan sərhəddini açıb, oradakı soydaşlarımıza humanitar yardım göstərilməsinə şərait yaratmalı idi”,- deyə Bəşirov qeyd edib.

O bildirib ki, bu gün İranın atdığı addımlar əsl siyasi mahiyyətini büruzə edir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »