Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiyanın KTMT missiyası Ermənistanda yerləşdirilə bilər” - Lavrov
“Rusiyanın KTMT missiyası Ermənistanda yerləşdirilə bilər” - Lavrov

“Rusiya Ukraynada xüsusi hərbi əməliyyatın vəzifələrini həll etmək üçün lazım olan hər şeyə malikdir”.

Bizimyol.info xəbər verir ki, bu sözləri “Rossiya 24” telekanalına və “RİA Novosti”yə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, bildirib ki, Moskva Ukraynadakı əməliyyatla bağlı yardım xahişi ilə KTMT üzrə tərəfdaşlarına müraciət etməyib.

"Biz heç kimə belə bir xahişlə müraciət etməmişik. Biz xüsusi hərbi əməliyyatın vəzifələrini həll etmək, çevrilişdən sonra Qərbin Ukrayna rejimi vasitəsilə başlatdığı müharibəni dayandırmaq üçün lazım olan hər şeyə malikik", -deyə Lavrov qeyd edib.

Bundan əlavə, o, Ermənistana sülhməramlı missiyanın yerləşdirilməsi planı ilə bağlı da açıqlama verib və bildirib ki, bu mövzu hələ də müzakirə olunur.

Rusiyanın KTMT missiyasının Ermənistanda yerləşdirilməsi təklifi hələ də aktualdır, əgər Ermənistan hələ də maraqlıdırsa, missiya bir-iki gün ərzində yerləşdirilə bilər.

"Ermənistan və Azərbaycan Qafqazda vəziyyəti sabitləşdirmək yollarını axtarmağa davam etdikdə, KTMT də kömək etməyə hazırdır. Ötən ilin sentyabrında zorakılıqlar artdıqdan sonra orada hər iki tərəfdən 300-ə yaxın insan həlak oldu, biz dərhal hərəkətə keçdik...

Biz Ermənistandan sorğu aldıq, baş katib KTMT xüsusi ekspert missiyası ilə sərhədə getdi və Ermənistanın Azərbaycanla həmsərhəd hissəsində KTMT-nin yerləşdirilməsi planını irəli gətirdi”, - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, bu plan çoxdan hazırlanıb. Nəticədə İrəvanda keçirilən sammitdə müvafiq qərarın mətni hazırlanıb. Lavrovun sözlərinə görə, lakin İrəvan, qərarın yalnız Azərbaycanın hərəkətlərini qəti şəkildə pislədiyi halda lazım olacağını bildirib.

"Və bu çətin vəziyyətdə KTMT-nin sülhməramlı əməliyyatların yerləşdirilməsi planının olması çox mühüm nailiyyət idi. Bu təklif hələ də masadadır. Və əgər bizim erməni dostlarımız, müttəfiqlərimiz hələ də bununla maraqlanırlarsa, o zaman bu missiya ola bilər”, - deyə Lavrov bildirib.

Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT ölkələrinin liderlərinin sammiti keçirilib. Sammitdə iki sənəd - bəyannamə və Ermənistana yardım göstərilməsinə dair bəyanat imzalamaq mümkün olmayıb. Ermənistanın baş naziri Nikol Paşinyan imzalamaqdan imtina etdiyini bəyan edib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »