Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Atdıqları hər addım onları məğlubiyyətə aparacaq"
"Atdıqları hər addım onları məğlubiyyətə aparacaq"

Bir neçə gündür ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessisyası işinə başlayıb. Azərbaycanda Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvar sessiyasında iştirak edir.

Qeyd edək ki, qış sessiyasında bir neçə məsələ, o cümlədən Laçın dəhlizi ilə bağlı vəziyyətin də müzakirə ediləcəyi və yenə də hansısa ermənipərəst bir qətnamənin qəbul ediləcəyi gözlənilir. Xatırladaq ki, yanvarın 18-də də Avropa Parlamenti məhz Laçın dəhlizi ilə bağlı Azərbaycana qarşı qətnamə qəbul edib.

Milli Məclisin deputatı Rüfət Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ermənilər 300 ildir eyni qayda ilə mübarizə aparırlar. “Bəxtimizdən son 30 il Azərbaycanın yeni tarixi dövrünə düşdü. Amma elə sovet dönəmində də onların çox sayda hücumları, tələbləri olub. Müxtəlif oyunlar oynayıblar. Azərbaycanlılar mübariz xalqdır. Cənab prezident İlham Əliyev bununla bağlı özü tapşırıq verib. Avropa parlamentində təmsil olunan Azərbaycan deputatları, bütün diplomatik korpus əks "hücum"lara hazırdır. Bizim mövqelərimiz dəfələrlə güclüdür, sözümüz kəsərlidir. Dünya bizi dəstəkləyir”,- deyən deputatın fikrincə Avropa Parlamentinin bəzi nümayəndələri erməni lobbisinin təzyiqi və təsiri altında ermənipərəst addımlar atır. Amma bu addımların hamısı nəticəsiz qalır.

«Şahmatda bir gediş var - suqsvanq. Atılan hər addım məğlubiyyətə aparır. Erməni diplomatiyası da indi həmin gedişdədir. Atdıqları hər addım onları məğlubiyyətə aparacaq”,- deyə deputat qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »