Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əmək Nazirliyi bunu araşdırsın" - Taksi şirkətləri vətəndaşları istismar edir...
"Əmək Nazirliyi bunu araşdırsın" - Taksi şirkətləri vətəndaşları istismar edir...
Yeni ilin daxil olduğu gündən ölkədaxilində avtomobil qəzalarının artımı müşahidə olunur. Təbii ki, burada bayram günü evinə tələsənlər, bayramı vaxtında və öz dadında keçirmək üçün sürət həddini aşanlar, beləliklə də arzuolunmaz hadisələrə səbəb olanlar daha çoxdur. Statisktikaya nəzər salsaq, bayram günlərində avtomobil qəzalarının digər günlərə nisbətən daha sıx şəkildə baş vediyinin şahidi ola bilərik.

Elə 2023-cü ilin daxil olduğu bayram günündə də həmin dəhşətli qəzaların təəssüf ki, şahidi olduq. Müxtəlif avtomobillər var ki, onların bu qəzalarda adı və rolu daha çox hallanır. Məsələn, yük avtomobillərindən "Shacman" (el arasında "Şaqman" deyilir) markalı yük maşınları, minik avtomobillərindən isə “Toyota Prius”lar baş verən qəzaların “baş aktyoru” qismində iştirak edirlər.

Cəmiyyət olaraq, xüsusilə “Prius”ların qəzalarda iştirakına daha tez-tez şahid oluruq. Hansı ki, bu avtomobillərdən əsasən müəyyən taksi şirkətləri istifadə edir. Bu da təqribən, on taksidən beşinin “Prius” olması ilə özünü göstərir. Şəxsi avtomobili olmayan şəxslər şirkətlə müqavilə bağlayaraq, avtomobili istifadə edir və bir çox taksi sürücülərinin fikrincə, həmin taksi şirkətləri işçilərinin qarşısına ağır şərtlər qoyur, gün ərzində çatdırılması mümkün olmayan gedişlər tələb edir və demək olar ki, sürücülər bütün günlərini yuxusuz keçirdiklərindən qəzalara səbəb olurlar. Bu, problemin şirkət və işçi arasında olan qismidir. Bəs, avtomobillərin özlərində texniki cəhətdən hansı problemlər var? “Prius”lar taksi fəaliyyəti üçün ideal avtomobillər hesab oluna bilərmi? "Prius" dünyada populyar və keyfiyyətli marka sayılır, qənaətcil olmasına görə ABŞ və Avropada da taksi parkının əhəmiyyətli hissəsini bu avtomobillər təşkil edir. Amma Azərbaycana bu avtomobillər ABŞ-dan gətirilir: Onlar ağır qəza keçirmiş və ya su altında qalmış maşınlardır və əsasən sığorta şirkətləri tərəfindən hərracda satılır.

Suallarla bağlı "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin icracı direktoru, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev Bizimyol.info-ya danışıb.

Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin üzvü, mütəxəsssis Eyyub Əliyev Eyyub Əliyev

Ekspertin qeyd edib ki, “Toyota Prius” markalı avtomobillərin bir çoxunda nasazlıqlar mövcuddur:

“Ümumiyyətlə, ölkəyə gətirilən “Prius”ların texniki vəziyyəti yaxşı halda deyil. Bu avtomobillər ABŞ-da, Gürcüstanda istismar müddəti başa vurulmuş avtomobillərdir. Bu avtomobillər başqa ölkələrdən Gürcüstana gətirilir və orada müəyyən detalları dəyişdirilir. Bunun özü də avtomobilin təhlükəsizliyinə mənfilik gətirir. Ancaq onu da demək lazımdır ki, baş verən son iki qəzada “Prius”ların heç bir xətası yox idi. Heydər Əliyev prospektində baş verən qəzada “prius” normal idarəetmə vəziyyətində idi, sadəcə, əks yoldan gələn avtomobil onun yoluna çıxdı. Amma ümumi mənada “prius” istifadə edən sürücülər, xüsusən də müəyyən taksi şirkətləri, hansı ki, vətəndaşları işçi kimi istismar edirlər, bizim Əmək Məcəlləmizə zidd addımlar atırlar. Bu şirkətlərin bəziləri işçini səkkiz saatdan artıq işlədir, o sürücülər gün ərzində heç üç saat yuxu yatmırlar. Bu insanlar dörd yüz manat əməkhaqqına işləyir və təbii ki, bonus alırlar. Şirkət onların qarşısına günlük 36 gediş şərti qoyur ki, sürücü gün, ya da ay sonunda müəyyən bonus ala bilsin. İndi biz bu gedişi hesablayanda görürük ki, sürücü səhər saat 6-da evindən çıxmalı, gecə saat 2-də evinə qayıtmalıdır. Bu məsələdə bizim Əmək Məcəlləmiz həmin şirkətlər tərəfindən kobud şəkildə pozulur. Əmək Nazirliyi yaxşı olar ki, bu halı araşdırsın, çünki həmin şirkətlərin sürücüləri şirkət tərəfindən istismara məruz qalırlar. Taksi şirkətlərinin sürücüləri bu şəkildə istismar etməsi, həm ölkədə Əmək Məcəlləsinin pozulmasına, vətəndaşların istismar olunmasına, həm də dəhşətli qəzaların baş verməsinə gətirib çıxarır”,- ekspert bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »