Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dönərin hansı növləri var və necə hazırlanmalıdır...
Dönərin hansı növləri var və necə hazırlanmalıdır...

Dönər və ya dönər kababı tarixdə ilk dəfə XIX əsrdə Osmanlı Türk İmperatorluğunda ortaya çıxsa da, kiçik dəyişikliklərlə digər ölkələr bu dadı zamanla təqlid edərək bu günə qədər gətirmişdir. Suriya və Ərəb ölkələrində Şaurma, Yunanıstanda Gyro, Meksikada Tako.

Qeyri-rəsmi olaraq, Türkiyənin Hatay bölgəsinə aid olan bu yemək aşağıdakı formada tərif edilə bilər: Ət və yaxud toyuq bəzi ədviyyatlarla qarışdırılıb, böyük bir şişə keçirilir və dik şəkildə bişirilir. Yüzminlərlə orta sinif insanın və tələbənin əsas qidası olan dönər sürətli bişirildiyi və istehlak edildiyi üçün ölkə daxilində və ölkədən kənarda yüzminlərlə mağazada satılır.

Antakya və İsgəndərun dönəri Hatayda və Türkiyənin digər şəhərlərində “fast food” qida kimi vazkeçilməz hesab edilir. Belə ki, Hatayda uşaqlara hamburqer və ya pizza almamışdan öncə ilk olara bu sual verilir: “Dönər yeyirsənmi?”

Hataylı şəxs bir dostu ilə görüşdüyü zaman 75 faiz ehtimalla dönər məkanlarında görüşür. Kənarda görüşürsə, 25 faiz ehtimalla yenə dönər məkanına gedir.

Hataydan gələnlər belə başqa bir şəhərə köçmək istədikləri zaman öncə bir dönər məkanı tapıb dönəri yeyirlər və dönər ləzzətlidirsə, o şəhərə köçərlər. Hataylılar üçün dönəri heç bir yemək əvəz etmir. Hatayda bir dönərsevərə, “Hatayda ən yaxşı dönər harda verilir” sualı verildiyi zaman alacağınız cavab belə olur: “İsgəndərun dönərimi, yoxsa Antakya dönərimi?” Onu da deyək ki, Hatayda səhər yeməyində belə 20 cür müxtəlif yemək olur. Dönər mövzusunda da fərqlilik qaçınılmazdır.

Antakya dönəri

Antakya dönərinin əsas fərqi çörək çeşididir. Bu dönərin çörəyi çox nazik olur. Bəzi yerlərdə hazırlanan lavaşa bənzəyir. Qızarmış kartof, turşu, ketçap və ya evdə hazırlanmış sarımsaqlı mayonez bu dönərə dad verir.

Bir çox insanın fikrincə, toyuqdan Antakya dönəri hazırlanmaz. Əslində, Antakya dönərinin fərqli bir növü ancaq ətlə və xüsusi kələmlə bişirilir. Antakyada kafe və retoranlar bu ləzzətli dönəri öncədən sifariş alaraq hazırlayırlar.

İsgəndərun dönəri

İsgəndərun dönərinin də çörəyi fərqli olur. Bu dönərdəki çörək Türkiyənin hər yerində tapa biləcəyiniz pide çörəyi deyil. Bu çörək xüsusi olaraq Hatayda hazırlanır. Hataydan kənarda bu dönərin satışı ilə məşğul olmaq istəyənlər mütləq Hataydan bir çörək bişirən işə alır.

İsgəndərun dönəri isidildiyi zaman və ya yuvarladığın zaman qırılmayan, dişləməsi asan olan nazik və dadlı çörəklərdən hazırlanır. İsgəndərun dönərnin çörəyi adətən soussuz olur, amma bəzi yerlərdə fərqli ola bilir. Soğanlı olduğu üçün bu dönərdə kabab dadı hiss edə bilərsiniz. Soğan və sumağı hər dönər yerində tapa bilməzsiniz. Bəzi yerlərdə İsgəndərun dönərinə xüsusi dad qatmaq üçün turşu da əlavə edilir.

Dönər sevənlər üçün hər iki dönərin çeşidinə Hind bibəri və hətta Samandağ bibəri əlavə edilir. Bu yemək adətən, ləzzətli bir sous və acı Samandağ bibəri ilə təqdim edilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »