Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ölkələrimizi birləşdirən mühüm dəyərlər və ənənələr mövcuddur"
"Ölkələrimizi birləşdirən mühüm dəyərlər və ənənələr mövcuddur"

Prezident İlham Əliyevin 11 ildən sonra Serbiyaya rəsmi səfəri ölkələrarası münasibətlər tarixi məqam hesab edilə bilər. Bu səfər, münasibətlərin güclənməsinə yenidən təkan verəcək. İki ölkə arasında münasibətləri 2013-cü ildən strateji tərəfdaşlıq çərçivəsində davam edir. Yeni səfər zamanı 7 yeni sənəd imzalanıb. Eyni zamanda Serbiya prezidentinin dekabr ayında Azərbaycana rəsmi səfəri gözlənilir. Serbiya-Azərbaycan münasibətləri böyük tarixə malik olmasa da, ölkələrarası əməkdaşlıq sıx və güclüdür.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın Serbiya ilə daimi yaxşı əlaqələri mövcud olub. Çünki hər iki ölkə öz siyasi kurslarına görə bir-birinə bənzəyirlər. Serbiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Eyni zamanda, BMT nizamnamələri və beynəlxalq hüququn müddəalarının yerinə yetirilməsi məsələsində bir sıra dövlətlərdən fərqli olaraq, Serbiya dürüst mövqe nümayiş etdirib.

Tural İsmayılov Tural İsmayılov

“Azərbaycan da Serbiyanın iqtisadi mənada da əlaqələri və əməkdaşlığı genişləndirməyə doğru davam edir. Bu gün Azərbaycan Serbiya ilə bir çox sahələrdə uğurlu əməkdaşlığa malikdir və ölkələrimizi birləşdirən mühüm dəyərlər və ənənələr mövcuddur” - deyən politoloq hesab edir ki, Serbiyanın enerji məhsullarından asılılığının azalmasında da Azərbaycan-Serbiya münasibətlərinin xüsusi rolu olacaq.

Qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçıç daha əvvəl cənab prezident İlham Əliyevin Bolqarıstan səfərində də Azərbaycan haqqında və prezident İlham Əliyev haqqında müsbət fikirlərini söyləmişdi.

Politoloq hesab edir ki, bu gün Azərbaycanın Balkanlarda, mərkəzi və şərqi Avropada mövqelərinin güclənməsi Qarabağdakı quruculuq prosesindən sonra ölkəmizin iqtisadi manevr imkanlarının daha da genişlənməyinə səbəb olacaq.

“Azərbaycan Serbiya ilə uğurlu əməkdaşlıq modeli ilə bir sıra digər dövlətlər üçün də yeni əməkdaşlıq perspektivlərinin yaranmasına səbəb ola biləcək. Azərbaycanın bu gün həyata keçirdiyi layihələr, Serbiya ilə münasibətlərdə tutduğu mövqe Azərbaycan-Albaniya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Macarıstan əlaqələrinin də inkişaf etdirilməsinə və daha da yaxşılaşmasına səbəb olacaq” - deyə o əlavə edib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi çox əhəmiyyətlidir və zərurət qlobal enerji böhranında artmaqda davam edir. Serbiya 2022-ci il fevralın 1-də Bolqarıstan ilə qaz birləşdiricisinin tikintisinə başlayıb. Qaz birləşdiricisinin inşası 2023-cü ilin sonuna nəzərdə tutulub. Bu birləşdirici Serbiyaya Bolqarıstan və Yunanıstan vasitəsilə Cənub Qaz Dəhlizinə qoşulmağa imkan verəcək. Bu səbəbdən də iki ölkə arasında mühim görüşlər davam edir. Yaxın gələcəkdə Serbiyanın Azərbaycan qazı alması mümkün olacaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »