Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın çıxışı Cənubi Kipri də qorxudub: “Ayıq-sayıq olun”
Ərdoğanın çıxışı Cənubi Kipri də qorxudub: “Ayıq-sayıq olun”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanla bağlı açıqlamaları təkcə Afinada deyil, Cənubi Kiprdə də gündəmin əsas mövzularından birinə çevrilib.

Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həftəsonu qatıldığı tədbirdə “Ey yunanlar, tarixə baxın, tarixə qayıdın. Daha da irəli getsəniz, bunun nəticəsi ağır olacaq. Yunanıstan üçün bircə cümləmiz var, İzmiri unutma. Adaların işğalı bizi maraqlandırmır. Zamanı gələndə nə lazımdırsa, edəcəyik. Necə deyərlər, bir gecə qəfil gələ bilərik”,- deyə bildirib.

Bu sözlər Afinada çox sərt açıqlamalara səbəb olmaqla yanaşı, Cənubi Kiprdə də narahatlıq yaradıb. Belə ki, Cənubi Kiprin müdafiə naziri Çaralambos Petrides Türkiyəyə qarşı qorxuducu ifadələr işlədib.

Dünən Lefkoşada hərbi məktəbin açılış mərasimində çıxış edən Petrides Milli Qvardiya Ordusunun ola biləcək gərginliyə qarşı daim hazır vəziyyətdə olması lazım olduğunu bildirib.

Cənubi Kipr Milli Ordusunun əməliyyat imkanlarını artıracaqlarını qeyd edən Petrides Türkiyənin “uzlaşmayan tərəf” olduğunu iddia edib. Kiprli yunan nazir “Türkiyə belə siyasətləri ilə Yunanıstan və Kiprə qarşı qeyri-qanuni hərəkət və pozuntuları artırıb” deyərək ordunun daim hazır olması və böyüməsi lazım olduğunu qeyd edib.

Onu da əlavə edək ki, Yunanıstan və Cənubi Kipr mətbuatı Petridesin bu sözlərinin Ərdoğanın açıqlamalarından sonra gəldiyinə diqqət çəkib.

Qeyd edək ki, son zamanlar ordunun modernləşdirilməsi istiqamətində səylərini sürətləndirən Yunan Kipri iyun ayında Fransanın Airbus Helicopters şirkəti ilə 6 döyüş helikopteri almaq üçün müqavilə imzalayıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »