Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kofenin insan orqanizminə faydaları
Kofenin insan orqanizminə faydaları

Kofe bir çox insanın səhərlər oyandığı zaman daha gümrah hiss etməsi üçün önəmli hesab etdiyi içkidir. Kofenin tərkibində kafein olduğu üçün günə gümrah şəkildə başlamağa imkan yaradır.

Kofenin müxtəlif növləri var. Günə yaxşı başlamaq üçün isə, filtr edilmiş qəhvə tövsiyyə edilir. Belə kofe ürək və sinir sisteminə təsir edir. Kofe həddindən artıq istehlak edildikdə mədə narahatlığına, yüksək təzyiqə və ya ürək xəstəliklərinə səbəb ola bilər.

Kofenin zərərləri olduğu qədər faydaları da var. Kofe, qadınlarda depressiya riskini azaldır. Mütəxəssislərin fikrincə, gündə bir və ya iki fincan kofeinli qəhvə içən qadınların depressiyaya düşmə ehtimalı içməyənlərə nisbətən daha azdır. Araşdırmalar göstərir ki, gündə 2-3 fincan qəhvə içən qadınların depressiyaya düşmə ehtimalı 15 faiz, 4 və ya daha çox qəhvə içən qadınların isə 20 faiz daha azdır.

Kofe eyni zamanda beyni qoruyur. Son araşdırmalar qəhvənin tərkibindəki hələ müəyyən edilməmiş bir maddəni Alzheimer xəstəliyinin qarşısını aldığını ortaya qoyub. Belə ki, gndə 4 və ya 5 stəkan qəhvə istehlakının xəstəliyin əmələ gəlməsində rol oynayan beta amiloidin yığılmasını azaldır. Beləliklə də bizi Alzheimerdən qoruyur.

Dietoloq Aynurə Məmmədova Bizimyol.info xəbər portalına bildirib ki, kofe beyin hüceyrəsi əlaqələrinin qurulmasında və yeni beyin neyronlarının yaradılmasında rol oynayır. Eyni zamanda qəhvə diqqətinizi və konsentrasiya qabiliyyətinizi artırır. Şəkərlə qəhvə içirsinizsə, kofein və qlükozanı birlikdə qəbul etdiyiniz üçün beyninizin müəyyən hissələri aktivləşərək beyninizi daha da aktivləşdirir. Ancaq acqarına qəhvə içsəniz, bu təsirlərin əksini görə bilərsiniz.

“Gündə altı fincan qəhvə prostat xərçənginin inkişaf riskini 60 faizə qədər azaldır. Tədqiqatçıların fikrincə, qəhvə xərçəngin digər növlərində riski 20 faiz azaldır. Araşdırmalar göstərir ki, gündə 3 fincan və daha çox kofeinli qəhvə içən qadınlarda dəri xərçənginə tutulma riski 20 faiz, kişilərdə isə 9 faiz azalır. Kofeinsiz qəhvə eyni qoruyucu təsirə malik deyil”,- deyə dietoloq əlavə edib.

Mütəxəssislər qəhvə istehlakı ilə II-ci tip diabet arasında əlaqənin olduğunu vurğulayır və qəhvənin bu xəstəliyə tutulma riskini də azaltdığını bildirirlər. 450.000-dən çox insan üzərində aparılan araşdırmalara görə, qəhvə II tip diabet riskini 7 faiz azaldır.

Kofe və kofeinli içkilər mərkəzi sinir sistemini stimullaşdırır. Bu zaman insan özünü enerjili hiss edir. Ancaq birdən istifadənin dayandırılması baş ağrısı və əsəbilik kimi problemlərə səbəb ola bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »