Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kosmosda ən böyük spirt buludu aşkar edilib
Kosmosda ən böyük spirt buludu aşkar edilib

Alimlər kosmosda indiyə qədər müşahidə edilən ən böyük spirt buludunu aşkar ediblər. Alkoqol buludu, tərkibindəki spirt növünün fərqliliyi ilə də bir ilk olub.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, alkoqolun kosmosda olması fikri qeyri-real səslənsə də, əslində kosmosda spirt və onun növləri də daxil olmaqla, çoxlu birləşmələr və molekullar mövcuddur.

Almaniyanın Maks Plank adına Radio Astronomiya İnstitutunun alimləri Süd Yolu Qalaktikasının mərkəzi yaxınlığında nəhəng spirt buludu aşkar ediblər. Bu spirt buludununn kosmosda indiyə qədər görülmüş ən böyük spirt molekulu kəşfi olduğu açıqlanıb.

Mütəxəssislər qeyd edib ki, sözügedən spirt buludunun dünyada xüsusilə əl dezinfeksiyaedicilərində istifadə edilən izopropanol və normal propanol spirtindən ibarət olduğu açıqlanıb. Bununla da dünyada ilk dəfə olaraq kosmosda izo-propanol spirti də aşkar edilib.

Buludun kəşf edildiyi ərazi alimlərin diqqətini çəkib. Belə ki, spirt buludunun dəqiq yeri superkütləli Oxatan A qara dəliyinin yaxınlığında yerləşən Oxatan B2 bölgəsi olaraq paylaşılıb. Ekspertlər hesab edir ki, bu bölgə elm aləmində "ulduzların doğulduğu otaq" kimi təsvir edilir. Çünki bu bölgədə ulduzların sıx şəkildə əmələ gəldiyi müşahidə edilir. Elə buna görə də, bu bölgədə spirtin aşkarlanması böyük əhəmiyyət kəsb edir.

Alimlər hesab edir ki, aşkar edilmiş spirt buludu ulduzların necə əmələ gəlməsi ilə bağlı yeni məlumatları öyrənməyə imkan verə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »