Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Putinin andiçmə mərasiminə dəvət almadığını bildirib
Paşinyan Putinin andiçmə mərasiminə dəvət almadığını bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminə dəvət almadığını bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə niyə Rusiya liderinin andiçmə mərasiminə getmədiyi, lakin daha əvvəl Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Mən Türkiyə prezidentindən andiçmə mərasimində iştirak etmək üçün dəvət aldım və gündəliyimizin xüsusiyyətlərini nəzərə alaraq mərasimdə iştirak etdim. Rusiya prezidentindən belə bir dəvət olmayıb. Ancaq qeyd etmək istəyirəm ki, sizinlə bugünkü söhbət heç də az əhəmiyyət kəsb etmir”, - deyə Paşinyan bildirib.

Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov andiçmə mərasiminə xarici dövlət başçılarının dəvət edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən, xarici dövlət başçılarına dəvətnamələrin göndərilməməsinə aydınlıq gətirib. Onun sözlərinə görə, andiçmə mərasimi “dövlətdaxili xarakter daşıyır və ənənəyə görə, ona “diplomatik nümayəndəliklərin rəhbərləri” dəvət olunur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »