Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlar hansı yaşlardan peyvənd olunmalıdır?
Uşaqlar hansı yaşlardan peyvənd  olunmalıdır?

"Omicron" yalnız böyükləri deyil, uşaqları da aktiv şəkildə yoluxdurur.

Onlar yüksək hərarətlə, bəzən isə tənəffüs yollarının zədələnməsi ilə xəstələnirlər.Son həftələrdə xəstəxanalara koronaviruslu uşaqlar getdikcə daha çox müraciət edilir.Xəstəxanaya yerləşdirmə və ölüm statistikasına əsasən, "Omicron" böyüklər üçün daha az təhlükəli, lakin daha tez-tez yoluxmağa, uşaqlarda isə ağırlaşmalara səbəb olmağa başlayır.

Bizim yol.info saytına açıqlamasında pediatr Nigar Abdullayeva bildirirkigənc uşaqlar üçün yuxarı tənəffüs yollarının zədələnməsi, strukturlarına görə böyüklərdən daha çox təhlükəlidir.

Həmçinin qeyd edir ki, bronxların açıqlığının pozulması (bronxo-obstruktiv sindrom) və tənəffüs çatışmazlığına səbəb ola bilən qırtlağın iltihabı (laringit) yaradır.

"Omicron" ştambı üç-dörd dəfə daha yoluxucudur, uşaqlar qruplarda, siniflərdə toplaşır və həmişəki kimi viruslardan qorunmağa riayət etmirlər" deyə izah edir.

Bir çox valideynlər panikaya düşür və bəzən uşaqlarını xəstəliyin yüngül formaları ilə belə xəstəxanaya aparırlar. Əvvəlki dalğalarla müqayisədə uşaqlarda yuxarı tənəffüs yollarının iltihabının əlamətləri daha aydın görünür: burun axması, boğaz ağrısı və öskürək və s.Uşaqlarda da qızdırma, halsızlıq, baş ağrısı və iştahsızlıq, bəzilərində ishal və səpgilər olur.

Multisistem iltihabi sindromu niyə təhlükəlidir?Uşaqlarda koronavirusa yoluxduqdan 4-6 həftə sonra yarana bilən ən təhlükəli fəsadlardan biri çoxsistemli iltihab sindromudur.

Coronivurus,omikrom və mövsümi xəstəlikləri simptomları bir- birinə çox bənzəyir. Bəs fərqləri nədən ibarətdir? Coronovirus,omikrom ştambın əlamətləri özünü bir az yüngül göstərir. Hər üç xəstəliyin əlamətlərinə gəldikdə isə öskürəyin olması, boğazda ağrının olması,burun axma, burunda tutqunluq,bədən ağrıları hətta qaytarma,ishal da müşahidə oluna bilir. Mövsümi xəstəliklərə nisbətən coronovjrus əlamətləri daha yüngül, lakin yüksək keçirici olur və insanlar daha tez yoluxur. Məsələn böyük yaşlı uşaqlarda sadəcə qızdırma, az burun tutma ilə keçdiyi halda 6 aylıqdan kiçik uşaqlarda bir qədər daha ağır keçir. Onları ayırmaq üçün diaqnoz qoymaq mütləqdir. Qızdırma ilə bərabər təngnəfəslik, bronxiolit görürük, profilaktika tədbirləri böyüklər üçün olduğu kimidir. Maska taxmaq, əlləri yumaq, məsafə saxlamaq və,s.Virusun daha az mutasiyaya uğraması və pandemiyaya son qoymaq şansına malik olması üçün uşaqlar da daxil olmaqla planetin bütün əhalisinin ən azı 70%-i peyvənd edilməlidir . ÜST bu nəticəni 2022-ci ilin iyuluna qədər əldə etməyə çağırıb. Bu günə qədər dünya əhalisinin yarıdan bir qədər çoxu peyvənd olunub.

Artıq təkcə ABŞ-da deyil, əksər Avropa ölkələrində, Böyük Britaniya, İsrail, Braziliya, Yaponiya və bir sıra digər ölkələrdə 6-11 yaşlı uşaqların peyvəndlənməsinə başlanılıb.

15 yaşından etibarən peyvənd üçün valideynlərin razılığı tələb olunmur. Peyvənddən əvvəl uşaq pediatr tərəfindən müayinə edilməlidir.

Havar

Son xəbərlər
Bütün xəbərlər »