Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İrəvanda keçirilən etiraz aksiyaları sülhün qarşısının alınmasına və Paşinyanın devrilməsinə hədəflənib"
"İrəvanda keçirilən etiraz aksiyaları sülhün qarşısının alınmasına və Paşinyanın devrilməsinə hədəflənib"

"Xüsusilə Azərbaycana məxsus 4 kəndin geri alınmasından sonra Ermənistanda Paşinyanın vəzifədən getməsi tələbi artıb. Etiraz aksiyaları bölgədə sülhün olmamasını istəyənlərin işidir".

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinin müəllimi, professor Kərəm Qarabulud danışıb. Professorun sözlərinə görə, hamı bilir ki, alınan bütün torpaqlar Azərbaycanın öz torpaqlarıdır və Paşinyanın gördüyü iş Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra verdiyi vədləri yerinə yetirməyə çalışır.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

“Paşinyan həmçinin bildirir ki, etiraz aksiyaları “narkobaronlar”ın, “cinayətkarlar”ın və “xarici xüsusi xidmət orqanları”nın işidir və onlar “müharibə başlatmağa çalışırlar”. Bu vəziyyət xüsusilə Zəngəzur dəhlizinin açılması ilə sülhün, əmin-amanlığın, iqtisadi rifahın artmasını istəməyənlərin işidir. Ancaq görünən odur ki, Paşinyan sülhün olmasını istəyir”-deyən professor qeyd edib ki, əgər Fransa, ABŞ kimi ölkələr və erməni diasporu sülhə aparan prosesi poza bilməsə, həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyə nəticələrdən razı qalacaq.

Kərəm Qarabuludun fikrincə, Paşinyan vəzifəsini tərk etməli olsa, bu, Azərbaycan və Türkiyə üçün yeni komanda ilə razılaşmaqda çətinlik yaradacaq. Ancaq Paşinyan qalsa da, getsə də, Azərbaycan torpaqlarını işğaldan azad edib, sağ tərəfdədir.

Professor hesab edir ki, Ermənistan varlığını saxlamaq üçün Azərbaycan və Türkiyə ilə yaxşı yola getməlidir. Çünki o ölkədir ki, iqtisadi resursları belə yaşamaq üçün kifayət etmir. Sülh prosesi əldə olunarsa, Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər Ermənistanın sağ qalmasını asanlaşdıracaq. Odur ki, hətta Paşinyanın gedişi də prosesi bir az uzatsa da, nəticəsini dəyişməyəcək. Çünki Azərbaycan həm haqlıdır, həm də güclüdür.

“Ermənistanda kilsə rəhbərliyi ilə hökumət arasında münaqişənin olduğunu da söyləmək olar. Yəni Ermənistanın daxili münaqişəsindən qurtulmasına töhfə vermək baxımından, o, qeyri-qanuni qrupların və xarici güclərin təzyiqlərindən qurtulmayınca, regionda müstəqil ölkə kimi çıxış etmədikcə həmişə uduzacaq”-deyə Kərəm Qarabulud bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »