Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ üçün ağac ianə edərək xanımları 8 Mart münasibəti ilə təbrik edin
Qarabağ üçün ağac ianə edərək xanımları 8 Mart münasibəti ilə təbrik edin

Qarşıdan 8 Mart - Beynəlxalq Qadınlar Günü gəlir. Bu dəfə bayramı xanımlar üçün daha da özəl etmək imkanı yaranıb. Belə ki, hər birimiz bizə əziz və doğma olan xanımları onların adından Qarabağ üçün ağac ianə etməklə sevindirə bilərik. Bunun üçün Fondun veb səhifəsinə daxil olub təbrik etmək istədiyiniz xanımın adını qeyd edib, daha sonra ağac sayını seçərək ianə etmək kifayətdir. Əldə etdiyiniz xüsusi “İanə Sertifikatı”nı yaxınlarınıza hədiyyə edə bilərsiniz.

Məlumdur ki, erməni işğalçıları tərəfindən 30 ilə yaxın bir müddət ərzində Qarabağda törədilən ekoloji terror, həmin ərazilərdə keçirilən qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı nəticəsində işğaldan azad edilən ərazilərimizdə ekologiyaya ciddi ziyan dəyib.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın və biomüxtəlifliyin bərpası məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında “Əməkdaşlıq Memororandumu” imzalanıb. Bu əməkdaşlıq çərçivəsində Zəngilanda “Zəfərdən Dirçəlişə” adlı meşə massivinin salınması layihəsinə start verilib. Qarabağ meşələrində əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, Qlediçiya və Şərq çinarı kimi ağacların əkilməsi nəzərdə tutulur. Ağacların əkilməsi prosesi mərhələli şəkildə davam edir. Oxşar layihələr işğaldan azad olunan digər ərazilərdə də davam etdiriləcək.

Əminik ki, hər bir xanım üçün Qarabağda onun adına ağac əkilməsi çox böyük mənəvi dəyəri olan hədiyyə olacaq.

Qarabağ üçün ağac ianə edərək xanımları 8 Mart münasibəti ilə təbrik edin

Əziz və dəyərli xanımlar! Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və uğurlar arzu edirik.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »