Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell: Çin Ukraynadakı müharibəyə görə Rusiyaya təsir etməkdə maraqlı deyil
Borrell: Çin Ukraynadakı müharibəyə görə Rusiyaya təsir etməkdə maraqlı deyil

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Çinin Ukraynadakı münaqişə kontekstində Rusiyaya təsir göstərməyə çalışmadığını, çünki Pekinin, onun fikrincə, bunda maraqlı olmadığını deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə diplomat İspaniyanın "RNE" radiostansiyasına müsahibəsində deyib.

“Biz uzun müddətdir ki, Çinə öz təsirindən istifadə etməli olduğunu deyirik. Çin bunu etmir, çünki bunu etməkdə maraqlı deyil”, - deyə o qeyd edib.

Borrell icmaya üzv olan 27 ölkə arasında yekdil qərarların qəbul edilməsinin çətin olduğunu da bildirib. Xüsusilə, o əlavə edib ki, Ukraynaya gələcək hərbi yardımla bağlı bəzi qərarlar dövlətlərdən birinin mövqeyinə görə əngəllənir.

“Rusiyanın cəbhədə atəş gücü Ukrayna ilə müqisədə 10 dəfə çoxdur. Bu, Ukraynanın məcburən özünü müdafiəyə qalxması deməkdir. O, hücuma keçməyə çalışdı, lakin geri çəkilməyə məcbur oldu. Bunu baş tutmamasına səbəb olan amilləri isə artıq hər kəs bilir”, - deyə Aİ diplomatiyasının rəhbəri qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »