Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: ABŞ-ın Əfqanıstandan çıxması Putini cəsarətləndirib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında gərginliyin artmasından danışarkən ABŞ ordusunun Əfqanıstandan xaotik çıxarılmasının Rusiya prezidenti Vladimir Putini ruhlandırdığını deyib.

Bizimyol.info xəbər verir ki, "Fox and Friends Weekend" proqramında danışan Tramp heç kimin Rusiyaya qarşı onun qədər sərt olmadığına baxmayaraq Putinlə "çox yaxşı" anlaşdığını söyləyib.

"Hazırkı vəziyyətimiz həqiqətən pisdir",- deyə Tramp qeyd edib.

"Putin indi daha çox iddialı görünür. Düşünürəm ki, o, bir müddət danışıqlar aparmaq istəyirdi. Lakin Rusiya prezidenti ABŞ-ın Əfqanıstandan inanılmaz dərəcədə uğursuz bir şəkildə geri çəkilməsini, əvvəlcə hərbçiləri çıxarmasını və "Taliban"ın istifadə etməsi üçün 85 milyard dollar dəyərində avadanlığı geridə qoymasını izlədikdən sonra daha da cəsarətləndi.

Düşünürəm ki, bütün bunları izləmək onu ruhlandırır. Bu təəccüb doğuracaq hadisə idi, çünki belə bir yanlış seçim ediləcəyi ağlagəlməz idi.

Mən onu çox yaxşı tanıyırdım. Kəmərin qarşısını kəsdim, hamıdan çox ona qarşı sanksiyalar tətbiq etdim. Heç kim Rusiyaya qarşı mənim qədər sərt deyildi, amma Putinlə çox yaxşı anlaşırdım, bir-birimizə hörmət edirdik", - deyə Tramp qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »