Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əcnəbi turist qalaya çıxmaq və məlumat almaq istəyirsə, dərdini kimə desin?
Əcnəbi turist qalaya çıxmaq və məlumat almaq istəyirsə, dərdini kimə desin?

Azərbaycanın qədim tarixə malik olması tarixi abidələrdə, qalalarda, qədim hamamlarda, məscidlərdə özünü biruzə edir. Qədim dövrlərdən bu günə qədər gəlib çıxan bu tarixi abidələri qədim azərbaycanlının düşüncələrini, həyat tərzini bu günün insanına hiss etdirir. Azərbaycanı tanımaq istəyən, tarixi ilə maraqlananlar isə ölkəyə gəldikləri zaman tarixi abidələri ziyarət edir, məlumat toplayırlar. “Nardaran qalası”, “Mərdəkan qalası”, “Ramana qalası”, “Şağan qəsri” və s. və ilaxır Azərbaycanın tarixini gün üzünə çıxaran tarixi memarlıq abidələridir. Ancaq təəssüf olsun ki, bu gün bəzi qalaları ziyarət etmək müşkül məsələyə çevrilib.

Məsələn, kənd polis nəzarətində olduğu üçün “Nardaran qalası”-nı hər adam ziyarət edə bilmir. Xüsusi icazə alıb kəndə daxil ola bilsən belə, qalaya daxil olub baxımsız qaldığını görəcəksən. “Ramana qalası” isə əsl qaladır. İçəri girə bilmək üçün qapıya vurulmuş qıfılı açmalısan. Bunun üçün ya sehirli gücün olmalıdır, ya da əllərini göyə qaldırıb uca Tanrının mərhəmətinə sığınaraq qapının açılmasını arzulamalısan. Qapı açılmadısa, qonşuları qapı-qapı gəzib açar axtarmalısan. Deyilənə görə, qalasının qapısının açarı qonşuların birindədir.

Əvvəllər Ramana qalasına giriş 2 manat idi, indi nə qədərdir bilmirik. Çünki getdiyimiz zaman bütün qonşuların qapısı bağlı idi. Biz də qapısı bağlı qalanın ətrafında gəzinib gəldik. Bir də düşünün, əcnəbi turist qalaya çıxmaq və qala haqqında məlumat almaq istəyirsə, dərdini kimə desin?

Ramana qalası Ramana qalası

Ramana qalası Ramana kəndinin ən yüksək yerində tikilib. Qalanın 4 tərəfində bürclər var. Tarixi mənbələrə görə, qala XIV əsrdə tikilib. Qalanın hündürlüyü 15 metrdir. Qala, Şirvanşahalr dövründə tikilib və qəsr kimi istifadə edilib. “Babək”, “Koroğlu” və “Nəsimi” filmlərinin çəkildiyi qala sonuncu dəfə 1956-cı ildə bərpa edilib. İddialara görə, Azərbaycan qalaları arasında yeraltı yollar olub. Qalanın daxilini görə bilmədiyimiz üçün yazılan məlumatlara istinadla deyə bilərik ki, qalanın daxilində burma daş pilləkənlər var. Bu pilləkənlərlə qala divarlarına qalxıb kəndə baxmaq olur. Qalada vaxtıilə quyu da olub. Amma baxımsızlıq nəticəsində quyu quruyub və tullantılarla dolub. Qalaya gedən yol təmir edilib. Görünür ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nə vaxtsa qalanı turizm mərkəzinə çevirməyi düşünür. Amma "nə vaxt" sualının cavabı bilinmir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məsələ ilə bağlı Bizimyol.info saytının sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazidə abidə mühafizəçisi var və abidə mühafizəçisi tərəfindən qalaya nəzarət olunur. Tarixi abidənin bərpa-konservasiya ehtiyacı olduğundan, əraziyə ziyarətçilərin buraxılmasında məhdudiyyətlər var.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »