Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyalı nazir "Telegram"ın bağlanmasına icazə verib
Almaniyalı nazir "Telegram"ın bağlanmasına icazə verib

Almaniyanın daxili işlər naziri Nensi Feser ən azı yerli qanunvericiliyin tələblərinə uyğun ümumavropa həlli tapılmasa, "Telegram" messencerinin ölkədə bloklanmasına icazə verib.

Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.

Almaniyada "Telegram" son aylarda yerli hakimiyyət orqanları ilə problemlər yaşayır, çünki onlar sosial şəbəkənin rəhbərliyindən milli qanunvericiliyin, o cümlədən qeyri-qanuni məzmunun silinməsi və əlaqə təyin edilməsi kimi tədbirlərə əməl etməsini tələb edirlər.

Ədliyyə naziri Marko Buşman bildirib ki, cərimələr artıq sosial şəbəkələrə verilib, lakin "Telegram"ın Almaniyada nümayəndəsi olmadığı üçün səlahiyyətlilər onların ödənilməsi zərurəti barədə bildiriş göndərə bilmir. Bundan başqa, sosial şəbəkədə Almaniya hakimiyyətinin nümayəndələrinə qarşı repressiya çağırışlarının yayılması fonunda Almaniya hökuməti sosial şəbəkəyə qarşı daha sərt siyasət elan edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »