Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın "TRUTH Social" sosial şəbəkəsi fəaliyyətə başlayır
Trampın "TRUTH Social" sosial şəbəkəsi fəaliyyətə başlayır

ABŞ-ın keçmiş prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanan sosial şəbəkə fevralın sonunda istifadəyə veriləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "AppStore"da verilən məlumatda deyilir.

Tramp ötən il oktyabrın sonunda "TRUTH Social" sosial şəbəkəsinin və "Trump Media & Technology Group"un (TMTG) yaradıldığını elan edib. Onun sözlərinə görə, "TMGT-nin missiyası liberal media konsorsiumuna rəqib yaratmaq və Amerikanın sosial media monopoliyası yaratmış texnologiya şirkətlərini susdurmaqdır".

"TRUTH Sosial" proqramı Apple Onlayndan endirilə bilər. Hazırda yalnız səhifəni görmək mümükündür. "AppStore"dakı proqram səhifəsində deyildiyi kimi, o, fevralın 21-də, ABŞ-da federal bayramı - Prezident Gününü (fevralın üçüncü bazar ertəsi) qeyd etdiyi zaman işə başlayacaq.

Tətbiq səhifəsində təqdim olunan skrinşotlara əsasən, yeni sosial şəbəkə mikrobloqlar prinsipi ilə fəaliyyət göstərəcək və bir çox cəhətdən Trampın tərəfdarlarının 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumundan sonra həmişəlik bloklandığı "Twitter"ə bənzəyəcək. Trampın sosial şəbəkəsindəki nəşrlər “həqiqətlər” adlanacaq, istifadəçilər onlara fotolar, videolara keçidlər və məqalələr əlavə edə biləcəklər. Tərtibatçılar əmin edirlər ki, "TRUTH Social" inklüzivlik prinsipini izləyir və həm mühafizəkar, həm də liberal baxışların tərəfdarları onda həmfikirləri tapacaqlar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »