Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vaksinlər xəstəliyin daha yüngül keçməsinə yardım edir"
"Vaksinlər xəstəliyin daha yüngül keçməsinə yardım edir"

Bütün dünya koronavirusun "omicron" variantını araşdırmağa başladığı zaman, virusun yeni bir növü delta varyantı ilə omicronun birləşməsindən yaranmış "delmicron" ortaya çıxıb.

Delmicron adından da göründüyü kimi delta variantı ilə omicron variantının xüsusiyyətlərini özünə birləşdirib. Yeni variant, xüsusilə qərb ölkələrində sürətlə yayılmağa başlayıb.

Delta variantı, ciddi simptomplara yol açması və xəstəxanaya giriş riskinin artması ilə seçilirdi. Delta variantına yoluxanlardan infeksiyadan sonra beyin şişi, əzələ ağrıları və saç tökülməsi kimi uzun müddət davam edən fəsadlar müşahidə edilirdi.

Omicron variantı, keçən ay Cənubi Afrikada aşkarlandı. Delta variantı ilə müqayisədə daha sürətli yoluxuculuğa malik olan Omicron variantı, daha zəif əlamətlərlə özünü biruzə edir. Araşdırmaçıların fikrincə, həddən artıq yolxuculuq qabiliyyətinə malik olmasına baxmayaraq Omicronun ciddi fəsadlara yol açmadığını bildirirdi. Alimlərin fikrincə, peyvəndlər Omicronun da öhdəsindən gəlməyə yardım edəcək. Baş ağrısı, boğaz ağrısı və yorğunluq Omicron variantının ən çox müşahidə edilən əlamətləridir. Omicrona yoluxan zaman delta variantında olduğu kimi qoxu və dadın itməsi müşahidə edilmir. Delmicron isə, delta və omicron varinatlarının sünbül proteinlərinin birləşməsinə sahib ikisi birində olan bir varinatdır.

Mütəxəssislərin fikrincə, delmicron son dərəcə yoluxucu və ağır simptomlarla müşahidə ediləcək.

Delta və Omicronun ortaq əlamətləri arasında boğaz ağrısı, qalıcı öskürək, baş ağrısı , burun axıntısı, yüksək hərarət, dad və qoxu alma hissində zəifləmə var.

Hindistanın Maharastra əyalətindəki ekspertlər isə, Delmicron variantının olmadığını bildirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının və ABŞ Xəstəliklərin İdarəedilməsi və Profilaktikası mərkəzi bu variantla bağlı rəsmi açıqlama verməyib.

Xatırladaq ki, Delmicron variantının yayıldığını hindli endokrinoloq Şahank Coşi bildirmişdi. Onun “Delta və Omicronun ikili yüksəlişi - Delmicron, Avropada və ABŞ-da tsunamiyə səbəb oldu” açıqlaması yerli mətbuat tərəfindən yeni bir variantın yaranması kimi təqdim edilib. Hindistanın səhiyyə səlahiyyətliləri isə, belə bir variantın olmadığını və endokrinoloqun ifadələrinin səhv şərh edildiyini bildiriblər.

Azərbaycanda əhalinin 54 faizi vaksinasiya edilib. Vaksinasiya koronavirusdan 100 faiz qorumasa da, infeksiyanın daha zəif keçməsinə yardım edir.

Həkim-terapevt Məlahət Abbasova Bizimyol.info saytına açıqlamasında bildirib ki, bütün xəstəliklərdə olduğu kimi koronavirus xəstələrinə də xüsusi qulluq və diqqət vacibdir. Qidaların və dərmanların vaxtında qəbul edilməsi, xüsusilə vaksinasiya xəstəliyin daha yüngül keçməsinə yardım edir: “Vaksinasiya önəmlidir. Vaksinlər xəstəliyin daha yüngül keçməsinə, bəzən yoluxmamağa yardım edir. Xəstələnən zaman isə daha yüngül keçir. Özümüzü qorumalıyıq”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »