Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada daha güclü sağlamlıq təhlükəsizliyi sistemləri qurmalıyıq
Dünyada daha güclü sağlamlıq təhlükəsizliyi sistemləri qurmalıyıq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, ölkələr 2022-ci ildə pandemiya ilə mübarizə üçün idarəetmə və maliyyə mexanizmlərini gücləndirəcək qlobal saziş üzrə danışıqlara başlayacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə o, bu gün “İzvestiya” qəzetində dərc olunan məqaləsində yazıb.

“2022-ci ildə ölkələr idarəçilik və maliyyələşdirmə mexanizmlərinin gücləndirilməsinə kömək edəcək pandemiya ilə mübarizə üçün qlobal saziş üzrə danışıqlara başlayacaq.

Eləcə də dünyanın epidemiyaların və pandemiyaların qarşısını almaq, onlara hazırlaşmaq, aşkar etmək, onlara cavab vermək üçün ehtiyac duyduğu sistemlər və vəsaitlər barədə müzakirələr aparacağıq”, - deyə ÜST rəhbəri bildirib.

O, həmçinin hesab edir ki, bütün ölkələr ilkin səhiyyə sisteminin gücləndirilməsinə sərmayə qoymalıdır. Onun sözlərinə görə, səhiyyə xidmətlərinin hər kəs üçün əlçatan olmasının təməlində məhz bu sistem dayanır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »