Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köpəkbalığı sörfçünü parçalayıb, çimərliklər bağlanıb - Video
Köpəkbalığı sörfçünü parçalayıb, çimərliklər bağlanıb - Video

ABŞ-ın Kaliforniya ştatının bir sıra əyalətlərinin səlahiyyətliləri Morro körfəzində köpək balığının hücumundan sonra sörfçünün ölümü ilə əlaqədar ictimai çimərliklərə girişi məhdudlaşdırmaq qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Guardian" xəbər verib.

Qeyd olunur ki, köpəkbalığı səbəbiylə baş vermiş ölüm hadisəsi bölgədə 18 ildən sonra yenidən qeydə alınıb.

"Xoşbəxtlikdən, hava və külək sörf üçün əlverişli deyil, buna görə də sörfçü çox deyil, lakin biz təhlükəsizlik baxımından suya girişi bağladıq", - deyə Morro Bay Limanının direktoru Erik Endersbi bildirib.

Kaliforniyanın Morro körfəzi sahillərində sörfçünün köpəkbalığının qurbanı olması faktı dekabrın 24-də məlum olub. Ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən idmançı, xəstəxanada dünyasını dəyişib.

San Luis Obispo İlçe Koroner Bürosu qurbanın şəxsiyyətini müəyyənləşdirdi və qurbanın adını açıqlamadan əvvəl ailə üzvlərini xəbərdar etməyə çalışır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »