Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elm adamları insan ömrünü 10 il artırmağın yolunu tapıb
Elm adamları insan ömrünü 10 il artırmağın yolunu tapıb

İnsan ömrünün uzun olmasında sosial amillər çox böyük rol oynayır. Daha yaxşı şərtlər təklif edilən ölkələrdə əhalinin çox yaşaması sirr deyil. Elm adamları hesab edir ki, ömrün uzunluğuna təsir edən başqa vacib nüans da var.

Bizimyol.info xəbər verir ki, alimlər insan ömrünü 10 il artırmağın yolunu tapıb. Hər halda, belə bir amil haqda danışmağa başlayıblar. Elm adamları hesab edir ki, təhsil insan ömrünü artırır. Vyana İqtisadiyyat və Biznes Universitetinin əməkdaşları bu qənaətə gəlib. Klemens Danler və Katarina Pfaffın rəhbərlik etdiyi tədqiqat qrupu ciddi iddia irəli sürüb.

Tədqiqatçılar yeniliklərə həmişə açıq olan, zamanla ayaqlaşan təhsil sisteminin olmasının vacibliyini qabardır. Pfaff deyir ki, belə sistem həm də yaxşı səhiyyə ortaya qoyur. Tibb sektorunun inkişafı isə insan ömrünün uzanmasına böyük töhfə verir.

Ömrün müddəti ilə təhsilin əlaqəsi barədə hələ 2016-cı ildə Ayzek Sasson “Demoqrafiya” jurnalında yazmışdı. O, müəyyənləşdirmişdi ki, təhsilli şəxslər digərlərindən orta hesabla 10 il çox yaşayır. Sasson konkret amerikalılarla bağlı araşdırma ortaya qoymuşdu. Məlum olmuşdu ki, ABŞ-ın təhsilli vətəndaşlarının əksəri təxminən eyni yaş tezliyində həyatını itirir. Təbii ki, söhbət əsasən 80 ildən çox yaşamaqdan gedir.

Sasson təhsilin insan həyatına təsiri ilə bağlı maraqlı nüanslar ortaya çıxarıb. Məsələn, araşdırma göstərib ki, ağdərili savadlı qadınlar təhsildən uzaq qalmış həmcinslərindən orta hesabla 9 il çox yaşayır. Kişilərdə fərq 12 ildir. Qaradərili qadınlarda və kişilərdə daha aşağı göstəricilər müəyyənləşib. Uyğun olaraq 5 və 9 il.

Sasson təhsilin səviyyəsini də nəzərə almağın tərəfdarıdır. Məktəb bitirmək hələ yaxşı təhsil almaq anlamına gəlmir. Sasson bildirir ki, ağdərili savadlı qadınların əksəri 90 ildən az ömür sürmür: “Qaradərili amerikalıların 1990-cı ildən sonra həyat müddəti kəskin artıb. Daha çox təhsil sayəsində”.

Elm adamları inanır ki, keyfiyyətli təhsil insanlara yeni həyat metodları aşılayır. Onlar müxtəlif bacarıqlar qazanır. Bu isə yaşam imkanlarını artırır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »