Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Stress mədə problemlərinə də yol açır"
“Stress mədə problemlərinə də yol açır"

Ürək-damar xəstəlikləri, infarkt, paralic kimi ürəyə və qan damarlarına təsir edən bütün xəstəlikləri əhatə edir. İsveçrədə bir qrup elm adamı, hər il milyonlarla ölümə səbəb olan ürək-damar xəstəliklərinin yaranmasında iş stresinin təsirini araşdırıb. 21 ölkədən 100 mindən çox iştirakçı ilə həyata keçriilən araşdırmada yüksək stress səviyyələrinin ürək-damar xəstəlik riskini artırdığını sübut edib. Bu günə qədər aparılan bir çox araşdırma uzun müddətli davam edən stresin qan xolesterolunu, qan şəkərini və qan təzyiqini artırdığını müəyyən etmişdi..

JAMA Network Open adlı elmi jurnalda yayımlanan araşdırma, 2003-cü ilin yanvar ayından 2021-ci ilin mart ayına qədər toplanan məlumatlara əsaslanır. Araşdırmada Kanada, İsveç kimi yüksək gəlirli, Braziliya, Pakistan və Hindistan kimi aşağı gəlirli ölkələrdə daxil olmaqla gəlir səviyyəsi müxtəlif olan 21 ölkədə vətəndaşlar araşdırılıb.

35-79 yaşlı həm qadın, həm də kişi iştirakçıların yer aldığı araşdırmada iştirakçılara 0-dan 3-ə qədər dəyərləndirə biləcəkləri suallar verilib. Araşdırmada stres işdəki və ya evdəki faktorlar, maddi çətinliklər və yaxud əsəbi, gərgin, həyəcanlı hiss etmək olaraq müəyyən edilib.

Nəticələrdə iştirakçıların 7,3 faizinin şiddətli stresə, 18,4 faizinin orta səviyyədə stresə, 29,4 faizinin aşağı stresə məruz qaldığı və 44 faizinin heç bir stresə məruz qalmadığı aşkarlanıb.

10 il müddətinə davam edən araşdırmada 5 min 934 nəfərdə iflic və ya ürək çatışmazlığı kimi şikayətlərlə yanaşı, ürək-damar qaynaqlı problemlər müşahidə edilib. Yüksək stresli iştirakçılarım infarkt riskinin 24, iflic riskinin 30 faiz artdığı müəyyən edilib.

Araşdırmanın müəlliflərindən olan Hötborq universitetinin professoru Annika Rosengren qeyd edib ki, “həddən artıq stresli insanlarda yüksək ürək-damar xəstəlik riskinin tam olaraq nədən qaynaqlandığı məlum deyil. Ancaq bədəndə damarların sərtləşməsi və qan laxtalanması kimi bir çox vəziyyətlər stresdən təsirlənə bilər”.

Rosengren həmçinin dünyada ürək-damar riskinin azaldıla bilməsi üçün stresin dəyişə bilər bir faktor kimi düşünülməsinə ehtiyac olduğunu qeyd edib.

Mütəxəssislərin fikrincə, stress təkcə ürək-damar deyil, bir çox xəstəliklərin riskini artırır.

Psixiatr Ramin Hacıyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, stresli vəziyyətlərə baş ağrıları daha çox müşahidə edilir. Miqren və gərginlik tipli baş ağrılarının səbəbi stresdir.

“Stress mədə problemlərinə də yol açır. Mədə xorası, qastrit, qıcqırma, həzmsizlik müşahidə edilə bilər.  Eyni zamanda bağırsaq problemləri də stres qaynaqlı ola bilər. İshal, qəbizlik, qaz yığılmasının başlıca səbəblərindən biri də stresdir” - deyən mütəxəssis bildirir ki, stress dəri xəstəliklərinə də səbəb olur. Saçqaıran, eqzema, müalicə ilə keçməyən qaşınma və allergiyanın əsas səbəbi stress ola bilər.

Bədəndə ağrılar, boyun-bel ağrıları, gözlərdə səyirmə, ruhi problemlər daha çox stresli insanlarda müşahidə edilir.

Stresli insanlara daha çox çəki alır və hərhansı patoloji bir problemin olmamasına baxmayaraq, qadınlarda hamilə qala bilməmək problemləri yaşanır. Eyni zamanda mensturasiyanın pozulması və klimaksın erkən başlamasında da stresin böyük payı var.

Stresli insanların digər problemləri; unutqanlıq, diqqət pozuntusu və zehni qarışıqlıqdır. Stress, bəzən beyinə qansızmasına - insulta da səbəb olur.

Stresin yaratdığı problemlərin aradan qaldırılması üçün idmanla məşğul olun.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »