Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2022-ci ildə populyar olacaq ixtisas və sənət sahələri
2022-ci ildə populyar olacaq ixtisas və sənət sahələri

Forbes 2022-ci ildə populyar olan ixtisas və sənət sahələrini sıralayıb. Bu gün işləyənlərin əksəriyyəti evdən işləyir. Uzaqdan işləmək, artıq işləyənlər üçün rahatdır. Qlobal böhrandan sonra dünyada hansı ixtsas və peşələrə üstünlük veriləcək?

Qlobal böhran səhiyyə işçilərinin üzərində böyük təsiri oldu. Bəziləri yoluxdu, bəziləri ağır şəkildə xəstələndi, bəziləri dünyasını dəyişdi. Araşdırmalara görə, aylarla davam edən xəstəliyə dözən səhiyyə işçilərinin 3/1-i öz sənətini buraxmaq qərarı verdi. Dünyada uzun illərdir ki, şəfqət bacısı çatışmazlığı yaşanırdı. Qlobal böhran zamanı isə vəziyyət daha da ağırlaşdı. Bu da, səhiyyə xidmətlərinə gələcəkdə xüsusi yer və önəm veriləcəyini müəyyən etdi. 2027-ci ildə ən az 500 min şəfqət bacısına ehtiyac olacaq. Buna görə də, özünüz üçün gələcəyə iş və ya ixtisas planlayarkən şəfqət bacısı peşəsini unutmayın. Bunun üçün siz kollec, texnikum və ya ali məktəb bitirə bilərsiniz.

Qlobal böhrandan sonra informasiya texnologiyaları sahəsi də böyüyəcək. Proqram yazılması, ağıllı telefon və komputerlərlə uzaqdan işləməyin asanlaşması texnologiya sahəsini də inkişaf etdirdi. Proqram təminatı, sizin üçün gələcəkdə seçə biləcəyiniz sahə ola bilər. Buna görə, şifrələmə-kodlama dərslərinə də üstünlük verməlisiniz.

İşgücü Statistika Bürosunun məlumatına görə, qlobal böhrandan sonra dünyada texnologiya sahəsində 300 min işçiyə ehtiyac olacaq. Qlobal böhrandan sonra satış sektoru da inkişaf edəcək. Karantin dönəmində satış sektorunun necə inkişaf etdiyini gördük. "Evdəqal" məhdudiyyəti kuryer xidmətlərini və satış sektorunu inkişaf etdirdi. Təhsil almasanız belə, bu sahələrdə kiçik vəzifələrdə işləyə bilərsiniz.

Maliyyə idarəçiliyi sahəsi də qlobal böhran dönəmində diqqət çəkən sahələrdən oldu. Mühasibat uçotu və hesablamalar, şirkətlər və fərdi sahibkarlar üçün önəmli sahə hesab edilir.

Statistika sahəsinə də bu dövrdə önəm verildi. Məlumatlar, hesablamalar və statistikanı sevirsinizsə, bu sahəni öyrənə bilərsiniz.

Sığorta sahəsi, qlobal böhran dövrünün diqqət çəkən sahələrindən oldu. Riski dəyərləndirə bilmək ən böyük bacarıqdır. Bu sahədə də, işçiyə çox ehtiyac olacaq.

Şirkətlər məlumatları yaxşı istifadə edə bilən əməkdaşlara üstünlük verir. Yaxşı vəzifədə işləmək, yaxşı qazanmaq və yaxşı yaşamaq üçün bu sahələri öyrənməyə ehtiyacınız olacaq. Azərbaycanda da, qlobal böhran dövründə bu sahələrin işçilərinə daha çox ehtiyac yaranmışdı. Komputer bilikləri, mühasibatlıq, səhiyyə, satış sektoru, kuryerlik, məlumatların hesablanması və statistikası, sığorta və s. bu sahənin işçilərinə böyük tələbat vardı. Bu səbəbdən də, gələcəkdə karyeranızı bu sahələrdə qurmağa çalışın.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »