Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimlər Saakaşvilinin vəziyyətinin ağır olduğunu bildirib
Həkimlər Saakaşvilinin vəziyyətinin ağır olduğunu bildirib

"Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti kritikdir və o, çoxprofilli klinikaya köçürülməlidir".

Bizimyol.info xəbər verir ki, bunu "Empati Mərkəzi" qeyri-hökumət təşkilatı tərəfindən yığılmış alternativ həkim konsultasiyasının rəhbəri, Mariam Cişkarani deyib.

Açlıq aksiyasının 49-cu gündə eks-prezident huşunu itirib və həbsxana xəstəxanasında reanimasiyaya yerləşdirilib.

"Həbsxana xəstəxanasında daimi tibbi xidmət göstərilmir, həkimləri iş yerlərində tapmaq olmur, olanlar isə belə ağır vəziyyətdə olan xəstəyə yardım etmək bacarığına malik deyillər", - deyə Cişkarani.

O qeyd edib ki, mərkəzin bəzi mütəxəssislərinə xəstəni görməyə icazə verilməyib və Saakaşvilini müayinə etmək üçün yalnız ona və reanimatoloqa icazə verilib.

"Məncə, vəziyyət bir neçə saat əvvəl huşunu itirmə epizodu ilə "bəslənmə sindromu"ndan qaynaqlandığı özünü göstərir", - Cişkarani deyib.

KİV-in məlumatına görə, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze, səhiyyə üzrə ali təhsilli deputatlar, David Sergeenko və Dmitri Xundadze, həmçinin ədliyyə naziri Rati Breqadze Saakaşvilinin yerləşdiyi həbsxana klinikasına gəliblər.

Gürcüstanın eks-prezidentinin səhhətinin pisləşməsi xəbərindən sonra Saakaşvilinin tərəfdarları hadisə yerinə toplaşıb və həbsxananın mühafizəsi gücləndirilib.

KİV-in məlumatına görə, hakimiyyət Saakaşvilini Qori hərbi hospitalına köçürmək qərarına gəlib, lakin rəsmi mənbələr hələlik bu məlumatı təsdiqləməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »