Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Ukraynaya 275 milyon dollara yeni silah yardımı ayırıb
ABŞ Ukraynaya 275 milyon dollara yeni silah yardımı ayırıb

ABŞ Ukraynaya 275 milyon dollar dəyərində yeni silah və hərbi texnika partiyası verib.

Bizimyol.info xəbər verir ki, bu barədə dövlət katibi Antoni Blinken məlumat verib.

Onun yaydığı yazılı açıqlamada qeyd edildiyi kimi, bu paketə, xüsusilə, "HIMARS" reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatı, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, "Javelin" və "AT-4 ATGM"lər, tank əleyhinə minalar, kimyəvi, bioloji və radiasiya dəstlərinin qorunması daxildir. Blinken bildirib ki, bu yeni silah partiyasının buraxılması Vaşinqtonun Kiyevə “Rusiyanın Xarkovdakı hücumunu dəf etməyə” kömək etmək səylərinin bir hissəsidir.

Aprelin sonunda Amerika prezidenti Co Bayden Ukrayna, İsrail və Tayvana silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiqlədiyi qanun layihələri paketini imzalayıb. Paketin həcmi 95 milyard dollar təşkil edib. Bura Kiyev üçün 61 milyard dollar daxildir. Dövlət katibi açıqlamasında hazırkı silah paketinin Baydenin qeyd olunan qanun layihələrini imzalamasından bəri beşinci olduğunu açıqlayır. Blinkenin sözlərinə görə, əvvəlki paketlərdən olan silahlar artıq Kiyevə ötürülüb. Dövlət katibi açıqlamasında yeni təchizatların "mümkün qədər tez" gələcəyini söyləyib.

Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, Ukraynaya yeni silahların verilməsi cəbhədəki vəziyyəti dəyişməyəcək, ancaq münaqişənin uzanmasına gətirib çıxaracaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »