Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MTİ: Putin niyə yenidən Ukraynada atəşkəs haqqında danışmağa başlayıb?
MTİ: Putin niyə yenidən Ukraynada atəşkəs haqqında danışmağa başlayıb?

Kreml Ukraynaya dəstək verməklə bağlı Qərbin qərarlarına təsir etmək üçün müharibənin kritik anlarında danışıqlara maraq göstərməyə davam edəcək.

Bizimyol.info xəbər verir ki, Qərb mediası Rusiya prezidenti Vladimir Putinin Ukraynada danışıqlar yolu ilə atəşkəs əldə edilməsində maraqlı olduğunu yazmaqda davam edir.

Eyni zamanda, Amerika Müharibənin Tədqiqi İnstitutunun (MTİ) analitikləri yazır, Kremlin ritorikası və Rusiyanın hərbi hərəkətləri göstərir ki, Putin mənalı danışıqlarda və ya müstəqil Ukrayna dövlətinin məhv edilməsinə cəhd etməyə mane olacaq hər hansı nizamlanmada maraqlı deyil.

Belə ki, Qərb mediası ilə danışan rus mənbələrinin danışıqlarda Putinin mövqeyinin ziddiyyətli xarakteristikası irəli sürdüyü qeyd edilir. Onlar Putinin təklif etdiyi atəşkəsin bir hissəsi kimi ərazi güzəştlərini vurğulayırlar, lakin nadir hallarda Putinin Ukraynadakı müharibəsinin daha geniş strateji hədəflərinə toxundular.

“Atəşkəs Rusiyanın Ukrayna dövlətçiliyini məhv etmək üçün hücum kampaniyasını bərpa etməyə mane olmur və Rusiya Ukrayna ərazisində gələcək hücum əməliyyatlarına hazırlaşmaq üçün istənilən atəşkəsdən istifadə edəcək”, - deyə MTİ vurğulayıb.

Analitiklərin qeyd edir ki, Rusiya hazırda NATO ilə mümkün müharibəyə hazırlaşır və Kreml çox güman ki, Ukraynanın kapitulyasiyasından başqa hər şeyi Rusiyanın belə bir müharibə ilə mübarizə qabiliyyətinə ekzistensial təhlükə kimi qiymətləndirəcək. Eyni zamanda onlar qeyd edirlər ki, Kreml müharibənin kritik anlarında Qərbin Ukraynaya dəstək qərarlarına təsir etmək və Qərbdən qabaqlayıcı güzəştlər almaq səylərini davam etdirmək üçün danışıqlara maraq göstərməyə davam edəcək.

Xatırladaq ki, "Reuters" agentliyi anonim dörd rus mənbəsinə istinadən mayın 24-də yazıb ki, Putin atəşkəslə bağlı danışıqlara və mövcud cəbhə xəttində müharibəni dondurmağa hazırdır. Bu mənbələrdən biri: “Putin nə qədər lazımdırsa, döyüşə bilər, lakin o, həm də atəşkəsə – müharibənin dondurulmasına hazırdır”, - deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »