Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət büdcəsinin kəsiri 764 mln manatdan çox artırılır
Dövlət büdcəsinin kəsiri 764 mln manatdan çox artırılır

Yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764,3 milyon manat məbləğində böyüdülməklə 3354,3 milyon manata çatdırılır.

“Bizimyol.info” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, kəsirin artımının 600,0 milyon manatı daxili borclanmadan cəlb olunan vəsait, 105,9 milyon manatı vahid xəzinə hesabının sərbəst qalığı və 58,4 milyon manatı Məqsədli Büdcə Fondlarının vəsaitlərinin qalığı hesabına təmin ediləcəkdir. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,8 faiz həcmində olacaqdır.

Son xəbərlər
Bütün xəbərlər »