Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada keçmiş dövlət katibinə verilən hədiyyə itib - Bir şüşə viski axtarılır
Yaponiyada keçmiş dövlət katibinə verilən hədiyyə itib - Bir şüşə viski axtarılır

Yaponiya hökumətinin keçmiş dövlət katibi Mayk Pompeoya hədiyyə etdiyi 30 illik yapon viski butulkası müəmmalı şəkildə yoxa çıxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə TASS Dövlət Departamentinin baş müfəttişinə istinadən məlumat verib.

Bundan əlavə, istintaq 2020-ci ildə "G7" ölkələrinin liderlərinin sammiti üçün hədiyyə kimi nəzərdə tutulan qızıl sikkə və bir neçə digər suvenirlərin Dövlət Departamentinin hədiyyə anbarından necə yoxa çıxdığını müəyyən edə bilməyib.

Bir müddət əvvəl ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Yaponiya hakimiyyətinin ona bağışladığı viski şüşəsinin yoxa çıxmasından danışıb.

ABŞ Dövlət Departamenti bildirib ki, Yaponiya hakimiyyətinin 2019-cu ildə Pompeoya hədiyyə etdiyi 5,8 min dollar dəyərində bir şüşə viskini Amerika qanunlarına görə, dövlət katibi qəbul edə bilməzdi. Çünki Amerika rəsmilərinə 390 dollarlıq həddi aşan hədiyyələr almaq qadağandır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »