Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mançester Yunayted”in azarkeşi saçları töküldüyü üçün klubu məhkəməyə verir
“Mançester Yunayted”in azarkeşi saçları töküldüyü üçün klubu məhkəməyə verir

Kriştiano Ronaldonun gəlişi də “Mançester Yunayted”in işlərini sahmana salmayıb. İngiltərə klubu qeyri-sabit qrafik cızır. “Mançester Yunayted”in ölkə çempionatında “Liverpul”dan ağır məğlubiyyət (0:5) alması azarkeşlərini çox sarsıdıb. Onlardan biri hətta klubu məhkəməyə vermək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, Endryu Trayan saçlarının tökülməsində sevimli komandasını günahlandırır. O, “Mançester Yunayted”in uğursuz oyunları üzündən başındakı tükləri itirdiyinə əmindir. Endryu Trayan klubun qarşılaşmalarını izləyərkən çox əsəb və stress yaşadığını bildirir. İngilis azarkeş “Mançester Yunayted”lə məhkəmədə üz-üzə gəlmək istəyir.

Televiziya kanalları Endryu Trayanın stadionlardakı görüntülərini yayıb. Həqiqətən də, azarkeşin son illər saçları sürətlə tökülməyə başlayıb.

“Mançester Yunayted” “Liverpul”a məğlubiyyətdən sonra İngiltərə çempionatının turnir cədvəlində yeddinci pillədə qarşılaşıb. Klub lider “Çelsi”dən 8 xal geri qalır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »