Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəzzadakı israilli məhbusların yaxınları Təl-Əvivdə səssiz aksiya keçirib
Qəzzadakı israilli məhbusların yaxınları Təl-Əvivdə səssiz aksiya keçirib

Qəzza zolağındakı israilli məhbusların qohumları, HƏMAS və İsrail arasında Qahirədə müzakirə edilən atəşkəs, eləcə də Qəzzada qarşılıqlı məhbus mübadiləsinin imzalanması üçün hökumətlərinin səssiz etiraz aksiyası keçirib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, israilli məhbusların yaxınları və onların tərəfdarlarından ibarət təxminən 100 nəfərlik qrup paytaxt Təl-Əvivdə Müdafiə Nazirliyinin binası qarşısında toplaşıb. Nümayişçilər əllərində “İndi razılaşın”, “Qiymət çox baha deyil” və “Dayandırın” yazılan pankartlar qaldırıblar.

İsraildə bu axşam başlayan Holokost anım tədbirləri səbəbilə etiraz səssizcə keçirilib. Nümayişçilər bir müddət Müdafiə Nazirliyinin qarşısındakı Menahem Begin küçəsini nəqliyyatın hərəkətini dayandırıb. Yolda avtomobil tıxacı yaranıb.

İsrail polisi ətrafda olsa da, yolu bağlayan nümayişçilərə müdaxilə etməyib. Bir müddət küçəni nəqliyyatın hərəkətinə bağladıqdan sonra nümayişçilər nəqliyyat vasitələrinin keçməsi üçün yenidən yoldan çıxıblar.

Eyni vaxtda, bir qrup nümayişçi Qəzza zolağında 130-a yaxın israilli məhbusu təmsil etmək üçün Müdafiə Nazirliyinin qarşısındakı yerüstü keçiddə şam yandırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »